BAKU Azərbaycan
°C

Ermənistanın baş naziri Nikol Paşinyan İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxaninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.


Gundem.az xəbər verir ki, Şamxani İranın regionda geosiyasi vəziyyəti dəyişmək cəhdlərini qəbuledilməz hesab etdiyini vurğulayıb və ölkəsinin dövlətlərin ərazi bütövlüyü və suverenliyinin qorunması çərçivəsində infrastrukturun blokunun açılması prosesini də dəstəklədiyini söyləyib.

Həmsöhbətlər vurğulayıblar ki, Ermənistan-İran əməkdaşlığının müxtəlif istiqamətlərdə inkişafının əsasını iqtisadi əlaqələrin gücləndirilməsi təşkil edir.


Bu kontekstdə Paşinyan və Şamxani ticarət, infrastruktur, enerji, sənaye və digər sektorlarda mövcud əməkdaşlığın qurulmasının vacibliyini vurğulayıblar. Tərəflər həm cari, həm də qarşılıqlı maraq doğuran proqram və layihələri müzakirə ediblər. Ermənistan Nazirlər Kabinetinin sədri həm prezident Rəisiyə, həm də İslam İnqilabının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneiyə  salamların çatdırılmasını xahiş edib.


Qeyd edək ki, İran rəsmiləri dəfələrlə regionda geosiyasi vəziyyəti dəyişmək cəhdlərini qəbuledilməz hesab etdiyini vurğulayıb, bu kimi bəyanat veriblər.

Bununla da İran rəsmiləri dolayı yolla Azərbaycanla Ermənistan arasında “Zəngəzur dəhlizi”nin açılmasın istəmədiklərini nümayiş etdiriblər. Rəsmi Tehran bu dəhlizi öz varlığına təhlükə hesab edir. İran ondan da ehtiyat edir ki, Türkiyə və Azərbaycan Türk Dünyasını birləşdirmək üçün tarixi Azərbaycan torpağı olan Zəngəzuru Ermənistandan geri ala bilər...

Elə Ermənistan da İranın dediyini bildirir...

Son xəbərlər

“Qartal” restoranında nöqsanlar aşkarlandı

Çin nəhənglərinin Bakıya yolu açıldı: Nələr olacaq?

Prezident Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb

Prezident Anar Quliyevə yüksək vəzifə verdi - SƏRƏNCAM

Dəli kimi sevən 5 bürc: Gözləri kor, qulaqları kardır

“Mənə lağ edən günümə düşsün”

Əvəz Zeynallı azadlığa buraxıldı

Onlara vəzifə verildi

Bağlı qapı arxasında qalan 2 yaşlı uşaq xilas olundu - VİDEO

Ana 14 yaşlı qızını əxlaqsızlığa məcbur edib?

Bayrağımız yandırıldı: XİN-dən İrəvan və Parisə sərt reaksiya...

Putinə əhalinin neçə faizi güvənir? - SORĞU

"Bakıda 3 evim var"

Əli Əsədov daha bir qərar imzaladı

Bir həftə əvvəl təhqirə görə ağır cəzalanmışdı, yenə eyni cəzanı aldı

“Uzaq sahillərdə” filmi Berlində bərpa olundu

Bakıda yol vermək üstündə dava - Ölən var

Bu proqramı dərhal telefondan silin - Pulunuzu kartlardan belə çəkirlər

İstanbulda davam edən afterşoklar nə vaxt bitəcək?

Telefonunuzda bu proqramlar varsə, pulunuz oğurlana bilər - DİQQƏT

Bütün xəbərlər