Elməddin Quliyev vəzifədən GETDİ
Yeni Azərbaycan Partiyasının (YAP) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elməddin Quliyev istefa verib.
Gundem.az xəbər verir ki, bu barədə o feysbuk hesabında paylaşım edib. Paylaşımda belə qeyd olunub:
"Bu gündən səhhətimdə yaranan müvəqqəti narahatlıqlarla əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatındakı işimdən ayrıldım. Hazırda lazımı prosedurlar qəbul edirəm. Ötən müddət ərzində səlahiyyətim daxilində KİV və İctimaiyyət nümayəndələri ilə səmərəli və işgüzar fəaliyyət göstərməyə çalışdım.
Mənə göstərilən yüksək dəstəyə görə Partiyamızın Mərkəzi Aparatının rəhbərliyinə, fədakar kollektivinə, İdarə Heyətinin, Təftiş Komissiyasının, Veteranlar Şurasının, Gənclər Birliyinin, şəhər (rayon) təşkilatlarının və YAP Parlament fraksiyasının dəyərli nümayəndələrinə sonsuz minnətdarlığımı və təşəkkürümü bildirirəm.
Regionun ən böyük siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının fəal üzvü kimi daim Partiyamızın Sədri, Prezidentimiz cənab İlham Əliyevin və Partiyamızın Sədrinin Birinci müavini, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın rəhbərliyi ilə vətənimizin tərəqqisi və ölkəmizin daha da inkişafı naminə var gücümlə çalışacam. Hər birinizi qaşıdan gələn müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, Sizlərə möhkəm can sağlığı xoş günlər arzulayıram".
Əzizə Zeynal
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay