AMB “Capital Partners İnvestisiya Şirkəti” QSC-yə lisenziya verdi
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə “Capital Partners İnvestisiya Şirkəti” QSC-yə əsas və yardımçı investisiya xidmətləri göstərmək üçün lisenziya verilib.
Gundem.az xəbər verir ki, “Capital Partners İnvestisiya Şirkəti” QSC, 2007-ci ildə yaranıb və “Rabitəbank” ASC-nin törəmə şirkətidir. Şirkətin nizamnamə kapitalı 400 000 manata çatdırılıb. Şirkətin direktoru isə İkram Səfərəliyevdir.
“Capital Partners”in əsas fəaliyyət istiqaməti qiymətli kağızlar və yaxud törəmə maliyyə alətləri ilə bağlı müştəri sifarişlərinin qəbulu və icrası, fərdi investorların portfelinin idarə edilməsi, qiymətli kağızların yerləşdirilməsi, anderraytinqi və investisiya məsləhətlərinin verilməsi, mərkəzi depozitarın və fond birjasının üzvü qismində öz hesabına qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə əməliyyatlar aparılması və marja ticarətidir.
Şirkətin göstərdiyi yardımçı investisiya xidmətləri müştərisinin qiymətli kağızlar hesablarının idarə edilməsi, o cümlədən qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin öhdəliklərlə yüklənməsi ilə bağlı əməliyyatların həyata keçirilməsi, investorlara qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə həyata keçirdiyi əqdlərin bağlanması üçün kredit və ya digər formada borc verilməsi olacaq. Həmçinin, qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə bağlı investisiya tədqiqatı və maliyyə təhlilinin aparılması, təmin edilmiş istiqrazlar üzrə təminatın sərəncamçısı xidmətinin həyata keçirilməsi və əsas investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi ilə bağlı xarici valyuta mübadiləsidir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay