BAKU Azərbaycan
°C

Azərbaycanda bütün icbari sığorta müqavilələri və sığorta hadisələrini təsdiq edən sənədlər elektron formada təmin ediləcək.

Gundem.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “İcbari sığortalar haqqında” qanuna dəyişikliklər müzakirə olunub.

Qanuna dəyişiklikdə qeyd edilib ki, sığorta sektorunun rəqəmsal transformasiyası üzrə hazırlanmış yol xəritəsinə uyğun olaraq icbari sığortalanma prosesinin sadələşdirilməsi və sığorta risklərinin düzgün qiymətləndirilməsi məqsədi ilə İcbari Sığorta Bürosunun elektron informasiya sistemi ilə dövlət orqanlarının (İqtisadiyyat Nazirliyi, Daxili İşlər, Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Rəqəmsal İnkişaf və Nəqliyyat, Fövqəladə hallar, Kənd Təsərrüfatı nazirlikləri və Dövlət Gömrük Komitəsi) elektron informasiya sistemlərinin inteqrasiyası, bütün icbari sığorta müqavilələrinin bağlanılmasının və sığorta hadisələrini təsdiq edən sənədlərin elektron formada təmin edilməsi nəzərdə tutulub.

Həmin orqanlar öz elektron informasiya ehtiyatında mövcud olan daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışda, ölkəmizə daxil olan avtomobillərin qeydiyyat şəhadətnaməsində, nəqliyyat vasitəsi üzrə etibarnamədə və sürücülük vəsiqəsində əks olunan məlumatların İcbari Sığorta Bürosunun elektron informasiya sisteminə ötürülməsini təmin edəcək.

Hadisə iştirakçıları tərəfindən doldurulan yol nəqliyyat hadisəsi barədə protokolun (Avoprotokol) elektron formada tərtib edilmə imkanı və həmin protokola elektron çıxış imkanı da yaradılacaq.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Son xəbərlər

Castin Biberin arvadı Kıvançın VİDEOsunu paylaşdı

Göbələk xərçəngin dərmanı imiş

Türkiyədə qaçırılan Avrelinin heykəli 65 il sonra qaytarılır

Bu Afrika ölkəsi “Barselona”nın sponsoru olacaq

Özünüzü tapmağa kömək edəcək 6 film - VİDEO

Vaxtla bağlı YALANLAR - Niyə “az” deyib “çox” gecikirik?

1239-cu gün: Rusiyanın itkiləri yeniləndi

Ronaldo yalnız bu oyunlarda oynaya bilər

Rusiya ordusu Donetskdə yaşayış məntəqəsini işğal etdi

İşəgötürənlərin NƏZƏRİNƏ: Bu günlərdə işləməyən şəxslərin maaşları veriləcək

Azərbaycan çempionu oldular

Bakıda illərdir gözlənilən böyük söküntüyə başlanılır

Bu prospektdə yol hərəkətinin təşkili dəyişdi - FOTOLAR

Magistraturaya qəbul imtahanında dəyişiklik gözlənilir - DİM rəsmisi

Həftəsonunadək hava necə olacaq?

Oquldjaxan Atabayeva Heydər Əliyev Mərkəzində olub

Azad edilmiş ərazilərdə güzəştli ipoteka krediti ilə bağlı şərtlərdə dəyişiklik edildi

Flora İbadovaya icra hakimiyyətində vəzifə verildi

Əkrəm İmamoğluna hökm oxundu

Emin rus aparıcıları onlarla əvəzlədi

Bütün xəbərlər