BAKU Azərbaycan
°C

Yanvarın 10-dan sonra bəzi ət satışı məntəqələrində dana və quzu ətinin satış qiyməti artırılıb.

İstehlakçıların bildirdiyinə görə kiloqramı 11 manata satılan cavan qaramal əti 13-14 manata, 14 manata satılan quzu əti 15-16 manata təklif edilir.
 
Gundem.az
xəbər verir ki, dana və quzu ətinin bahalaşmasını ət satışı ilə məşğul olan şəxslər də təsdiqləyir. Adının çəkilməsini istəməyən satıcı bildirdi ki, son günlər iribuynuzlu diri heyvan tapmaq çətinləşib. Dünəndən isə bazarlarda lazımı qədər diri heyvan olsa da, topdansatış qiyməti 11,5 manata qaldırılıb: 

"Əvvəllər dana ətinin topdansatış qiyməti 9,5-10 manat idi. Mən əvvəl aldığım heyvanın ətini dünən 11,5 manata satmışam. Amma artıq topdansatış qiyməti 11,5 manata yüksəlib. Topdansatış qiymətlərinin artması bizi məcbur edir ki, pərakəndə qiymətləri də ən azı 2 manat artıraq”.

O dana əti ilə bərabər quzu ətinin də topdansatış qiymətinin artdığını və bu səbəbdən pərakəndə satış qiymətinin 15 manatdan aşağı olmayacağını dedi.

Satıcı bəzi yerlərdə mal ətinin əvvəlki qiymətə satılmasının mümkün olduğunu da bildirdi. Onun sözlərinə görə bu, o halda mümkündür ki, camış əti inək əti adı altında satılsın. Satıcı dedi ki, qiymətləri artırmaq istəməyən satıcılar əksər hallarda camış ətini inək əti ilə birgə satır.  

Son xəbərlər

Ərdoğan Nazirlər Kabinetini topladı

Mincivan qəsəbəsinə köçürüləcək sakinlərin sayı AÇIQLANDI

51 yaşlı qadını döyüb telefonunu əlindən aldı - FOTO 

“iPhone”un ən bahalı və ən nazik modeli TƏQDİM EDİLƏCƏK

Qayınanası ilə evləndi və toy xərclərini qayınatası ödədi 

“Yaralı” qanadlar: İranda son illərin aviasiya qəzaları – DOSYE

BMT iclasa sükutla başladı -  Rusiyanın xahişi ilə...

İranın xarici işlər nazirinin CƏSƏDİ TAPILDI - FOTO 

Talıb Taledən Zeynəblə bağlı AÇIQLAMA: "İlk gündən onu..."

Qarabağda yeni idarə yaradıldı

İran Rəisinin ölümünü araşdırmaq üçün komissiya yaratdı

Helikopterlə bağlı yeni detal üzə çıxdı

Şeyx İranın Ali Rəhbərinə başsağlığı verdi

"Bu gecə saat 02:00-dan..." - Əhaliyə RƏSMİ XƏBƏRDARLIQ!

Azərbaycanda yeni pul nişanları tədavülə buraxıldı - RƏSMİ

İran səfirliyinin önünə gül dəstələri düzüldü

“Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə dəyişikliklər TƏSDİQLƏNDİ

Sədr müavini telekanalları sərt tənqid etdi

Prezident Şahin Bayramova yüksək VƏZİFƏ VERDİ - FOTO

XİN: "Azərbaycan Tayvanın müstəqilliyini tanımır"

Bütün xəbərlər