BAKU Azərbaycan
°C

“Əgər qaz sayğaclarının sıfırlanması bu il yanvarın 10-da olubsa, bir də gələn il yanvarın 10-da olacaq. Bu təqvim günü dəyişmir və aradakı müddət 365 gündür".

Bunu Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev “Açıq qapı” aksiyası çərçivəsində qeyri-hökumət təşkilatlarının və media nümayəndələrinin suallarını cavablandırarkən bildirib: "Sayğacların sıfırlanması ilə bağlı konkret tarix yoxdur. Bir çox ölkələrdə ilin bağlanması üçün düstur var. Məsələn, 10 günlük qaz sərfiyyatına və əvvəlki illərə nisbətən işlədilən qaz sərfiyyatına, havanın temperaturuna uyğun müəyyyən bir həcm seçilir və sayğacların oxunuşu keçirilmədən həmin həcm avtomatik olaraq fazada abunəçinin qaz sərfiyyatına qeyd olunur. Bunu bizdə tətbiq etmək narazılıq yarada bilər. Çünki həmin düsturun dəqiq tətbiqi üçün imkan yoxdur. Məsələn, ola bilər ki, ilin sonunda bizim abunəçilərin 1 000-i mənzildə olmasın. Bu zaman həmin düsturla qaz sərfiyyatının təyin edilməsi mümkün deyil. Narazılıq yarana bilər və vətəndaş deyə bilər ki, siz mən evdə olmayanda mənə artıq qaz sərfiyyatı yazmısız. Bu vaxt konflikt olacaq. Çünki sayğacın göstərici başqa olacaq, vətəndaşın əlindəki bildiriş başqa olacaq. Ona görə sayğacın oxunuşu başqa formada həyata keçirilir."

Onun sözlərinə görə, əgər hər hansı ölkədə qaz sərfiyyatı üzrə aylıq limit varsa, bu o demək deyil ki, sayğac ayın 1-dən 1-nə oxunmalıdır: "2,4 milyon abunəçinin sayğacını bir günə oxumaq çətin məsələdir. Burda tək oxunuşdan söhbət getmir. Oxunuş həyata keçirildikdən sonra, onun proqram vasitəsilə 3-4 gün araşdırılması gedir ki, ola bilər ki, hansısa yerli satış üzrə çilingərimiz hansısa abunəçiyə həcmi düz yazmaz”.

Son xəbərlər

Mincivan qəsəbəsinə köçürüləcək sakinlərin sayı AÇIQLANDI

51 yaşlı qadını döyüb telefonunu əlindən aldı - FOTO 

“iPhone”un ən bahalı və ən nazik modeli TƏQDİM EDİLƏCƏK

Qayınanası ilə evləndi və toy xərclərini qayınatası ödədi 

“Yaralı” qanadlar: İranda son illərin aviasiya qəzaları – DOSYE

BMT iclasa sükutla başladı -  Rusiyanın xahişi ilə...

İranın xarici işlər nazirinin CƏSƏDİ TAPILDI - FOTO 

Talıb Taledən Zeynəblə bağlı AÇIQLAMA: "İlk gündən onu..."

Qarabağda yeni idarə yaradıldı

İran Rəisinin ölümünü araşdırmaq üçün komissiya yaratdı

Helikopterlə bağlı yeni detal üzə çıxdı

Şeyx İranın Ali Rəhbərinə başsağlığı verdi

"Bu gecə saat 02:00-dan..." - Əhaliyə RƏSMİ XƏBƏRDARLIQ!

Azərbaycanda yeni pul nişanları tədavülə buraxıldı - RƏSMİ

İran səfirliyinin önünə gül dəstələri düzüldü

“Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə dəyişikliklər TƏSDİQLƏNDİ

Sədr müavini telekanalları sərt tənqid etdi

Prezident Şahin Bayramova yüksək VƏZİFƏ VERDİ - FOTO

XİN: "Azərbaycan Tayvanın müstəqilliyini tanımır"

İlham Əliyev: "Regionda sülh üçün tarixi imkanlar yaranıb"

Bütün xəbərlər