BAKU Azərbaycan
°C

Azərbaycan millisinin hücumçusu Mahir Emreli üçün "Sivasspor" "Legiya"ya rəsmi təklif göndərib.

Gundem.az  Apasport-a istinadən xəbər verir ki, bu barədə Polşanın "SportoweFakty" saytı məlumat yayıb.

Bildirilib ki, Türkiyə klubu Varşava təmsilçisinə qayıtmamaqda israrlı olan 25 yaşlı forvard üçün 400 min avro təklif edib. Lakin "Legiya" rəhbərliyinin buna cavabı "yox" olub. Hələ bir neçə ay əvvəl Mahiri 2 milyon avro dəyərində görən polşalılar Super Liqa klubunun təklif etdiyi məbləğlə qane olmayıb.

Həmkarlarımızın yazdığına görə, Türkiyənin bir neçə klubu həmyerlimizlə maraqlansa da, onların da yüksək məbləğ təklif etməsi inandırıcı deyil: "Zaman keçdikcə Emreli meydanda zəif çıxış etməyə başladı. Həm bu, həm də "Legiya" ilə arasındakı qalmaqal oyunçunun imicinə və dəyərinə təsir edib. Həmçinin valyuta da problem yarada bilər. Mahir Türkiyənin bir neçə klubunun gündəmindədir. Ancaq yerli lirə zəifləyib ki, bu da klubların maliyyə sabitliyini aşağı salıb".

Adıçəkilən mətbu orqan hesab edir ki, "Legiya" millimizin üzvünü ən yaxşı halda 1 milyon avrodan bir qədər yüksək məbləğə sata bilər.


Qeyd edək ki, bu mövsüm "Legiya"nın heyətində keçirdiyi 33 oyunda 11 qol vuran Mahir Emreli azarkeşlərin hücum etməsi səbəbindən komandanın qış toplanışına yollanmayıb və 2024-cü ilin yayına qədər olan müqaviləyə xitam verilməsi üçün rəsmi məktub göndərib. 

Son xəbərlər

“Şuşada yeni tarix başlayır” - Deputat 

Manaf gecə saat 3-də Vəfadan gələn zəngdən DANIŞDI: "Onu pay kimi verdi" - VİDEO

Yağış yağdı, dolu düşdü - FAKTİKİ HAVA

Aytən Səfərova düşdüyü qəza ilə bağlı Prezidentə MÜRACİƏT ETDİ: "Mənim günahım..." - VİDEO

Tünzalə Ağayeva “Anam Azərbaycan” adlı kompozisiyanı təqdim etdi

Türk konsulu qətlə yetirən Sasunyan belə SAXLANILDI - ANBAAN VİDEO

Bu məhsullar uşaqlarda piylənmə yaradır - Valideynlərin DİQQƏTİNƏ!

Ülviyyə Namazova Vəfa Şərifovanı BİABIR ETDİ: “Ağıllı ol, sən və sənin kimilər..." - VİDEO

Nikolay Patruşev Rusiya Prezidentinin köməkçisi TƏYİN EDİLDİ

Minimum əməkhaqqı ilə bağlı MÜHÜM AÇIQLAMA: "Noyabrın 1-dək..."

“Oğluma həmin şərhi yazan qadını tapdım və onun..." -  Elmar Məmmədyarovdan AÇIQLAMA + FOTO

DİN kibertalama ilə bağlı əhaliyə MÜRACİƏT ETDİ: "Bu zəngləri bloklayın!"

Hindistanla İran sənəd İMZALADI: Razılaşmanın Azərbaycan üçün əhəmiyyəti nədir? - ŞƏRH

Ceyhun Bayramovun İan Borq ilə təkbətək görüşü KEÇİRİLDİ - FOTO - YENİLƏNDİ

Sahibə Qafarova Sinqapurda SƏFƏRDƏDİR

Prezident: "ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtıdır"

İlham Əliyev: "Sülh gündəliyinin irəliyə aparılması üçün Azərbaycanla Ermənistan arasında danışıqlar davam etdirilir"

Baydendən Rusiya ilə bağlı SƏRƏNCAM - QADAĞAN EDİLDİ

Bakıda 12:00-dan sonra qasırğa başlayacaq - XƏBƏRDARLIQ

Bakı metrosunda oğurluq edən şəxs SAXLANILDI

Bütün xəbərlər