Hadisə
04.11.2022 / 21:46
205
Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var
Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
Gundem.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunda baş verib.
Hərəkətdə olan “Mercedes” markalı minik maşını ilə “VAZ” markalı avtomobil toqquşub.
Qəzadan sonra “VAZ” yoldan çıxaraq aşıb.
Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Onların vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay