BAKU Azərbaycan
°C

Göygöldə onlayn yolla narkotik satan və alan şəxslər saxlanılıb.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Göygöl rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri kompleks əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq, onlayn yolla narkotik vasitə satmaqda şübhəli bilinən şəxslər saxlanılıb.Belə ki, araşdırmalar zamanı məlum olub ki, Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Xaliq Musayev tanışı, əvvəllər məhkum olunmuş, Hacıqabul rayon sakini Alqayıt Əzizov ilə birlikdə qabaqcadan əlbir olaraq, onlayn yolla, hələlik kimliyi istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşından aldığı külli miqdarda narkotik vasitəni əvvəlcədən respublikanın müxtəlif ərazilərində gizlətmiş, daha sonra onlayn alıcılar tapdıqdan sonra, həmin narkotik vasitənin yerlərini satdığı şəxslərə bildiriblər.


Həmin şəxslər Göygöl rayon ərazisində narkotik vasitələrin satışı həyata keçirmək üçün saxlanılaraq polis şöbəsinə gətirilib, A. Əzizova məxsus avtomobilə baxış keçirilən zaman külli miqdarda narkotik vasitə olan “heroin”, həmin narkotik vasitəni satmaq üçün tərəzi və 1 ədəd süngü bıçağı aşkar edilib.

Bundan başqa, əməliyyat tədbiri zamanı şübhəli şəxslərlə birlikdə saxlanılan, Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş Alxan Ağarəhimovun üzərindən də “metamfetamin” aşkar edilib.

Keçirilən digər bir əməliyyat tədbiri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, Asim Salmanov da saxlanılıb. Şübhəli şəxsin üzərindən aşkar edilən narkotik vasitə olan “tiryək” müvafiq ekspertizaya təqdim edilib.

Bundan başqa, şöbə əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat tədbiri ilə qanunsuz olaraq narkotik vasitə əldə edib , saxlamaqda şübhəli bilinən Allahverdi Əhmədov, Elnur Sadıqov və Mirsalam Seyidov saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Hər 3 şəxsin üzərlərindən müxtəlif bükümlərdə “metamfetamin” və tiryək aşkar edilib.

Rayon Polis Şöbəsinin əməkdaşların keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində, qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli Gəncə şəhər sakini Xaləddin İsmayılov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman külli miqdarda narkotik maddə olan “heroin” aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, cinayət işləri ilə bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Prezident BMT Baş katibinin xüsusi müşavirini QƏBUL ETDİ

Həftəsonu 1 274 namizəd rezidenturaya İMTAHAN VERƏCƏK

Azərbaycanda 118 nəfər zəhərləndi - RƏSMİ

Bu gün Əfv Məsələləri Komissiyasının növbəti iclası KEÇİRİLƏCƏK

Bu rayonda qaz OLMAYACAQ

Magistral yolun bir hissəsi uçdu: 18 avtomobil uçuruma düşüb, tələfat var

Azərbaycan bu ölkələrlə enerji sistemlərini birləşdirdi

Bakı-Sumqayıt qatarını daşa basdılar - RƏSMİ

Gürcüstanda etiraz aksiyaları: Polis su şırnaqları və rezin güllələrlə insanları dağıtdı

50 aptekdə yoxlama aparıldı, 7-də nöqsan aşkarlandı

Neft ucuzlaşır – “Azeri Light”ın YENİ QİYMƏTİ

Bu şəhərdə dondurma və pizza yemək QADAĞAN EDİLƏCƏK

Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq - RƏSMİ

19, 20, 21 və 28 may tarixləri ilə bağlı əhaliyə MÜHÜM XƏBƏRDARLIQ!

İlham Əliyev İraq Parlamentinin sədrini QƏBUL ETDİ - FOTO

Bölgələrdə vətəndaşlar iş tapmaqda çətinlik çəkirlər? - VİDEO

Ağakərimin son vəziyyəti AÇIQLANDI

Ukraynada yaralanan azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI

Gömrük Komitəsinin sabiq əməkdaşına hökm oxundu

İlham Əliyev İraqa səfər edəcək

Bütün xəbərlər