Hadisə
25.12.2021 / 20:51
565
Sahibsiz it azyaşlıya HÜCUM ETDİ
Zaqatalada azyaşlını küçə iti dişləyib.
Gundem.az APA-nın şimal-qərb bürosuna istinadən məlumatına görə, hadisə rayonun Dağlı kəndində baş verib.
Kənd sakini 2015-ci il təvəllüdlü Səid Məmmədov sahibsiz itin hücumuna məruz qalıb.
S.Məmmədova Zaqatala Rayon Mərkəzi Xəstəxanasında lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan evə buraxılıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay