Ötən il qaçaqmalçılıqla məşğul olan 427 nəfər müəyyən edilib
Ötən il ərzində aşkar edilmiş 418 cinayət xarakterli faktın 101-i qaçaqmalçılıq (qaçaqmalçılıq əşyalarının dəyəri 6,3 milyon manat), 26-sı gömrük ödənişlərinin ödənilməsindən yayınma, 21-i aksiz markasız idxal (425 min manatlıq mal), 191-i 252,2 milyon manat valyuta vəsaitlərini xaricdən qaytarmama, 79-u digər əməllərlə əlaqədar olub.
Gundem.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi Əməliyyat-istintaq Baş İdarəsi rəisinin 1-ci müavini, gömrük xidməti general-mayoru Güloğlan Muradlı deyib.
Onun sözlərinə görə, bu əməllərin törədilməsində şübhəli bilinən 427 nəfərin (333 Azərbaycan vətəndaşı, 94 əcnəbi) barəsində müvafiq tədbirlər görülüb.
General bildirib ki, 2021-ci il ərzində axtarışda olan 11 nəfər şəxsin tapılaraq istintaq orqanına gətirilməsi təmin edilib, istintaqı aparılan 221 cinayət işindən 95-i ittiham aktları ilə birlikdə ibtidai araşdırmaya rəhbərlik edən prokurora göndərilib:
"Həmin işlərdən 90-ı üzrə ittiham aktı təsdiq edilərək cinayət işləri baxılması üçün aidiyyəti məhkəmələrə verilib. 54 nəfər barəsində həbs qətimkan tədbiri seçilib. İcraatına xitam verilmiş 6 cinayət işi üzrə dövlət mülkiyyətinə vurulmuş 295 900 manat ziyan tam şəkildə ödətdirilib".
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay