BAKU Azərbaycan
°C

Sumqayıtda qətl törədən şəxsə hökm oxunub.

“Qafqazinfo” xəbər verir ki, ötən il oktyabrın 10-u, saat 04 radələrində 1992-ci il təvəllüdlü Tural Abdulovu bıçaqlayaraq qətlə yetirən 1994-cü il təvəllüdlü Sənan Hacının məhkəmə prosesi başa çatıb. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Hacı Cinayət Məcəlləsinin 120.2.2 (Xuliqanlıq niyyətilə adam öldürmə) və 221.3-cü (Xuliqanlıq – silah tətbiq etməklə) maddələri ilə təqsirli bilinərək 18 il 6 ay müddətinə həbs cəzasına məhkum edilib.

Araşdırmalar zamanı məlum olub ki, 30 yaşlı T.Abdulov Sumqayıtda biznes fəaliyyəti ilə məşğul olub və 3 yerdə şərab mağazası işlədib. Hadisə baş verən gün T.Abdulov avtomobillə Sənanın və yanındakı digər 2 nəfərin qarşısından keçib. Bu zaman avtomobildə sərnişin qismində qız da olub. Həmin qızın onlara qarşı söyüş işlətdiyini deyən Sənan fit çalaraq və qışqıraraq maşını saxladıb və mübahisə baş verib. Həmin vaxt ərazidə polislər olduğu üçün tərəflər mübahisəni qısa vaxtda bitirərək uzaqlaşıblar. Lakin Sənan və dostları bir qədər sonra yenidən həmin yerə - T.Abdulovun işlətdiyi mağazanın yaxınlığına gəliblər. Bu zaman mübahisə münaqişəyə çevrilib və Sənan Hacı Turalın ürək nahiyəsinə bıçaqla zərbələr endirərək onu qətlə yetirib.

Xatırladaq ki, hadisə Sumqayıt şəhər 5-ci mikrorayon Zülfi Hacıyev küçəsində qeydə alınıb. 

Son xəbərlər

Azərbaycanda taksidən istifadə edənlərin sayı ARTIB

Aleksandr Lukaşenko Bakıda şəhidlərin xatirəsini ANDI

Mətanət İsgəndərliyə AĞIR İTKİ

Valiyə Şuşa ilə bağlı hədiyə təqdim olundu - FOTOLAR

Bakı-İrəvan arasında RAZILAŞMA: Hansı üstünlüklər var? - AÇIQLAMA 

Azərbaycan və Ermənistan parlament sədrləri arasında görüş OLDU

Belarus Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarını ZİYARƏT ETDİ

“Ürəyim sıxılır” deyənlərin DİQQƏTİNƏ! - "Sağalmaq üçün..."

Latviya Parlamentinin spikeri Azərbaycana GƏLİR

Baş prokuror Düşənbəyə işgüzar səfərə GETDİ

Nazirlikdən sabahla bağlı SARI XƏBƏRDARLIQ! - Ölkə ərazisində...

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış OLDULAR

Belarus Azərbaycana birgə əczaçılıq müəssisələri yaratmağı TƏKLİF ETDİ

Lukaşenko: "Belarus və Azərbaycan sənaye sahəsində əməkdaşlığı əhəmiyyətli dərəcədə genişləndirməyə hazırdır"

Aleksandr Lukaşenko: "Azad edilən ərazilərdə dirçəliş dövrü başlayıb"

Prezident: "Azərbaycanla Belarus arasında kreativ tərəfdaşlığı çox yüksək qiymətləndiririk"

İki qardaş 25 milyon dollarlıq OĞURLUQ ETDİ

İlham Əliyev: "Azad edilmiş ərazilərin bərpasında Belarus şirkətlərinin iştirakına şad olardıq"

Aleksandr Lukaşenko: "Azərbaycan son illərdə böyük uğurlara nail olub"

Slovakiyanın Baş nazirinə hücum edəni hansı cəza gözləyir?

Bütün xəbərlər