BAKU Azərbaycan
°C

Yanvarın 25-də Bakıda Azərbaycan və Finlandiya Xarici İşlər Nazirlikləri növbəti siyasi məsləhətləşmələr keçiriblər.

Xarici İşlər Nazirliyindən Gundem.az-ya veriilən məlumata görə, nümayəndə heyətlərinə Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Xələf Xələfov, Finlandiya tərəfdən isə bu ölkənin Xarici İşlər Nazirliyinin Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya Departamentinin baş direktoru xanım Marya Livala rəhbərlik ediblər.

Məsləhətləşmələr zamanı 24 mart 2022-ci il tarixində iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd ediləcəyi və bu müddət ərzində əldə edilmiş nailiyyətlər məmnunluqla xatırlanıb.

Görüşdə ikitərəfli münasibətlərin bütün istiqamətləri və gələcək əməkdaşlıq perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb, eləcə də iqtisadi, təhsil, humanitar və informasiya texnologiyaları sahələrində əlaqələrin inkişafı üçün geniş imkanların olduğu vurğulanıb.

Xələf Xələfov qarşı tərəfə 44 günlük Vətən Müharibəsi, bu xüsusda imzalanmış üçtərəfli bəyanatlar, bölgədəki vəziyyət, işğaldan azad edilmiş ərazilərdə törədilmiş dağıntılar, həyata keçirilən bərpa və quruculuq işləri barədə ətraflı məlumat verib.

Marya Livala Azərbaycana səfəri çərçivəsində keçirdiyi maraqlı və məhsuldar görüşlərdən məmnunluğunu bildirib.

Finlandiyanın Azərbaycanla iqtisadi, humanitar, sosial və təhsil və digər sahələrdə ikitərəfli münasibətləri inkişaf etdirməkdə, habelə Avropa İttifaqı çərçivəsində birgə layihələrin icra edilməsində maraqlı olduğunu vurğulayıb.

Görüşdə Azərbaycan və Finlandiya arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, Finlandiyanın 2025-ci ildə ATƏT-ə Sədrliyi ilə bağlı prioritetləri, habelə qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq əməkdaşlıq məsələləri müzakirə edilib.

Son xəbərlər

Paytaxtın bu ərazilərində qaz olmayacaq

“Şuşada yeni tarix başlayır” - Deputat 

Manaf gecə saat 3-də Vəfadan gələn zəngdən DANIŞDI: "Onu pay kimi verdi" - VİDEO

Yağış yağdı, dolu düşdü - FAKTİKİ HAVA

Aytən Səfərova düşdüyü qəza ilə bağlı Prezidentə MÜRACİƏT ETDİ: "Mənim günahım..." - VİDEO

Tünzalə Ağayeva “Anam Azərbaycan” adlı kompozisiyanı təqdim etdi

Türk konsulu qətlə yetirən Sasunyan belə SAXLANILDI - ANBAAN VİDEO

Bu məhsullar uşaqlarda piylənmə yaradır - Valideynlərin DİQQƏTİNƏ!

Ülviyyə Namazova Vəfa Şərifovanı BİABIR ETDİ: “Ağıllı ol, sən və sənin kimilər..." - VİDEO

Allahşükür Paşazadə Portuqaliyaya GEDƏCƏK

Nikolay Patruşev Rusiya Prezidentinin köməkçisi TƏYİN EDİLDİ

Minimum əməkhaqqı ilə bağlı MÜHÜM AÇIQLAMA: "Noyabrın 1-dək..."

“Oğluma həmin şərhi yazan qadını tapdım və onun..." -  Elmar Məmmədyarovdan AÇIQLAMA + FOTO

DİN kibertalama ilə bağlı əhaliyə MÜRACİƏT ETDİ: "Bu zəngləri bloklayın!"

Hindistanla İran sənəd İMZALADI: Razılaşmanın Azərbaycan üçün əhəmiyyəti nədir? - ŞƏRH

Ceyhun Bayramovun İan Borq ilə təkbətək görüşü KEÇİRİLDİ - FOTO - YENİLƏNDİ

Sahibə Qafarova Sinqapurda SƏFƏRDƏDİR

Prezident: "ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtıdır"

İlham Əliyev: "Sülh gündəliyinin irəliyə aparılması üçün Azərbaycanla Ermənistan arasında danışıqlar davam etdirilir"

Baydendən Rusiya ilə bağlı SƏRƏNCAM - QADAĞAN EDİLDİ

Bütün xəbərlər