İdman
26.01.2022 / 13:10
349
Milli Gimnastika Arenasındakı yarışa 14 ölkədən 63 idmançı qatılacaq
Fevralın 13-də Bakıda start götürəcək ikigünlük batut gimnastikası üzrə Dünya Kubokunun iştirakçı ölkələrinin sayı açıqlanıb.
Gundem.az Azərbaycan Gimnastika Federasiyasının rəsmi feysbuk hesabına istinadən xəbər verir ki, Milli Gimnastika Arenasındakı yarışa 14 ölkədən 63 idmançı qatılacaq.
Dünya Kuboku 2022-ci ildə ölkədəki ilk beynəlxalq turnir olacaq.
Yarışlar İdman TV telekanalı vasitəsilə canlı yayımlanacaq.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay