BAKU Azərbaycan
°C

2023-cü il Qara Su Dovşanı və ya Pişik ilidir. Qədim əfsanələrə görə, Dovşan İli şərq simvolları arasında şərəfli yeri tutur. Dovşan və Pişik həm də eyni ilin simvoluna çevrilməyi bacaran nadir heyvanlardır.

 

Bu, onların müəyyən mənada oxşar olması ilə izah oluna bilər. İkisi də tüklü, sevimli və yumşaqdır, həm də caynaqları və təhlükəli pəncələri də var. Bundan əlavə, hər ikisi yıxılsa da, heç bir xəsarət almadan yollarına davam edə bilirlər. Bəs 2023-cü ildə insanlar dovşanla pişiyin bu xüsusiyyətlərindən nümunə götürə biləcək?

2023-cü ilin astroloji proqnozunu təqdim edirik:

 

Təhlükəsizlik və şəxsi əmin-amanlığın saxlanılması bütün il boyunca çoxları üçün əsas dəyərlər olacaq qalacaq. Burada məsələ eqoizm yox, yaxınlarınız üçün narahatlıq, həyəcan və böyük zəhmət bahasına əldə edilən dəyərlərin itirilmə qorxusudur.

 

Gələn il bir çox insan hadisələrin nəticələri sonradan anlayacaq, odur ki, səhvlərini etiraf etməli və düzəltməli olacaq. Bəzən elə təsir yaranacaq ki, eqoizm fəlsəfəsi qalib gəlib, insanlar bir-birinə qarşı daha az dözümlü olacaq. Bununla belə, Pluton öz işini görəcək və tədricən hər şey normallaşacaq.

 

Siçan ili (1960, 1972, 1984, 1996, 2008, 2020)

 

Adətən Siçan kifayət qədər ərzaq ehtiyatına malik olan bir heyvan kimi tanınır, odur ki, bu il diqqət çəkməməsi tövsiyə olunur. Pişiklə zarafatlar çox təhlükəli ola bilər!

 

Öküz (1961, 1973, 1985, 1997, 2009)

 

Öküz ilində dünyaya göz açanlara gələn il təxribatlara uymadan öz işi ilə məşğul olmaq tövsiyə olunur. Ümumiyyətlə, il əvvəlki ilə müqayisədə daha sakit və daha məhsuldar olacaq. Öz biznesinizi qurmaq, yeni irimiqyaslı layihəyə başlamaq və başlanğıc kapital qazanmaq üçün əlverişli zamandır.

 

Pələng (1962, 1974, 1986, 1998, 2010)

 

Sakit və stabil bir il olacaq, istirahət və səyahət üçün əlverişlidir. Dincəlməlisiniz, çünki gələn il iş və bir ömür boyu hobbi halına gələ biləcək digər maraqlı təşəbbüslər üçün güc və enerji lazım olacaq.

 

Dovşan (Pişik) (1963, 1975, 1987, 1999, 2011)

 

Dovşan ilində dünyaya gələnlər üçün 2023-cü il düşərli olacaq, hər şeydə uğur qazanacaqlar, bütün işləri yaxşı gedəcək, dostları isə onlara hər bir işdə kömək etməyə və dəstəkləməyə hazır olacaq. Keçmiş kədər və depressiyadan əsər-əlamət qalmayacaq.

 

Əjdaha (1964, 1976, 1988, 2000, 2012)

 

Xoş və şən bir il olacaq, uğur qazanmaq üçün qarşınızda bir çox imkanlar açılacaq, odur ki, bu fürsəti əldən verməyin. Parıldamağa hazır olun, 2023-cü il sizin üçün əlamətdar olacaq. Eyni zamanda, Əjdaha ilində dünyaya gələn insanların bütün məziyyət və xüsusiyyətləri yüksək qiymətləndiriləcək.

 

İlan (1965, 1977, 1989, 2001, 2013)

 

Çox əziyyət və güc tələb etməsinə baxmayaraq, ümumilikdə sizin üçün uğurlu bir il gəlir. Ən sevdiyiniz passiv müşahidəçi rolunda olmaq üçün də vaxt olacaq. Bir çox yerlərdə uğur və əmin-amanlıq əldə edəcəksiniz.

 

At (1966, 1978, 1990, 2002, 2014)

 

Çox səy göstərmədən və stress keçirmədən özünüzü bütünlüklə göstərmək imkanınız olacaq.

 

Oğlaq (1967, 1979, 1991, 2003, 2015)

 

Sizi möhtəşəm bir il gözləyir. İşlərin sürətlə irəli getməsinə imkan verəcək himayədarlarınız peyda olacaq.

 

Meymun (1968, 1980, 1992, 2004, 2016)

 

İstirahət, tətil və əyləncələrlə dolu bir il keçirəcəksiniz, hər şey yüksək təşkilatçılıq səviyyəsindədir. Ancaq zəif xüsusiyyətlərinə laqeyd yanaşan "Meymun" ölçü hissini itirmək riski daşıyır. Bu isə nəticələrə təsir edəcək.

 

Xoruz (1969, 1981, 1993, 2005, 2017)

 

Sayıqlıq və ehtiyatlılıq bir çox mübahisə və münaqişələrdən yan keçməyə imkan verəcək.

 

İt (1970, 1982, 1994, 2006, 2018)

 

Həyat sakitləşəcək və bütün il boyu dinc şəkildə davam edəcək. Rahat, sakit və isti ailə həyatı haqqında düşünməyə dəyər. Yeri gəlmişkən, il evlilik üçün ən əlverişlidir.

 

Qaban (1971, 1983, 1995, 2007, 2019)

 

Qabanı boş yerə narahat etmək olmaz. O, çox yorğundur və dincəlməyə ehtiyacı var.

 

///Milli.az

Son xəbərlər

Bu il dollar 5 faiz bahalaşıb - STATİSTİKA

"Utancvericidir və bu davranışı sonuncu dəfə qəbul edirəm" -  Maurisio Poçettino

Kibertəhlükəsizlik üzrə reytinq açıqlandı - Azərbaycan neçənci yerdədir? 

Aİ nümayəndəliyi: "Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd yoxdur"

"Bavariya" Zidandan "əlini üzdü" - Əsas namizəd...

Azərbaycan və Türkiyə hərbi informasiya sahəsində qarşılıqlı təcrübə mübadiləsi apardı - FOTO

Azərbaycanda insan hüquqlarının qorunması beynəlxalq tələblərə uyğunlaşdırılır

Həkimdən bu şəxslərə XƏBƏRDARLIQ! - “Kişilər 45, qadınlar isə 55 yaşdan sonra..." 

Prezident Aydın İbadovu vəzifəsindən AZAD ETDİ - YENİ TƏYİNAT

Kopenhagendə tarixi bina yanır - VİDEO

Beynəlxalq axtarışda olan şəxslər Azərbaycana ekstradisiya EDİLDİ

Aprelin 16-sı Ümumdünya Səs Günüdür

10 martda imtahan vermiş şagirdlərin NƏZƏRİNƏ! - Nəticələr AÇIQLANDI

Bu klublar Qurban Qurbanovla MARAQLANIR: "Mütəxəssislə təmas olub, yaxın günlərdə..."

Rusiya aviaşirkəti Nijni Novqoroddan Bakıya birbaşa reyslərə BAŞLADI

İranın İsrailə hücumu nəticəsində yaralanan tək şəxsin kimliyi AÇIQLANDI

"Büdcə üçün oyunçu satacağıq" - "Bayer"in direktoru

Xəstəlikdən əziyyət çəkən aparıcı Azər: "Anamın verdiyi böyrək də xarab oldu..." - VİDEO

Xalq artisti Tünzalə Ağayeva “Beynəlxalq Mədəniyyət Günü”ndə iştirak etdi - FOTOLAR

Dilarə Əliyeva mərhum həyat yoldaşının son mesajından DANIŞDI: "Yazmışdı ki..."

Bütün xəbərlər