BAKU Azərbaycan
°C

Tanınmış telejurnalist və publisist, professor Qulu Məhərrəmli BDU-nun Jurnalistika fakültəsinin kafedra müdiri vəzifəsinə seçilib.

 

Gundem.az xəbər verir ki, Q.Məhərrəmli bundan sonra fakültənin “Multimedia və elektron kommunikasiya” (əvvəlki “Televiziya və radio jurnalistikası”) kafedrasına rəhbərlik edəcək. Professor 24 ildir ki, həmin kafedrada çalışır.

 

Qulu Məhərrəmli təkcə məşhur televiziya aparıcısı, “7 gün”, “Təfsilat”, “Gerçəklik”, “Səhər” (AzTV), “Dost məclisi”, “Gündəm” (Xəzər TV), “Mətbuat aynasında” (GünAz TV) kimi parlaq televerilişlərin yaradıcısı və müəllifi deyil, həm də jurnalistika elmi və dilçilik sahəsində tanınmış alimdir. Bakı Dövlət Universitetinin məzunu olan Q.Məhərrəmli 1978-ci ildə Azərbaycan Televiziyasının “Xəbərlər” baş redaksiyasında reportyor kimi fəaliyyətə başlayıb. 1991-ci ildən xəbər aparıcısı kimi müntəzəm efirə çıxan Q.Məhərrəmli daha çox 1993-1995-ci illərdə apardığı “7 gün” analitik informasiya proqramı ilə tanınıb, obyektivliyi və qərəzsizliyi, hadisələrə vicdanlı münasibəti və yüksək peşəkarlığı ilə fərqlənib. Mükəmməl analitik veriliş formatı olan “7 gün” teleməkanımızda jurnalistikanın yeni prinsiplərinin təsdiqində həlledici rol oynayıb.

 

1995-ci ildə Azərbaycan Televiziyasının ilk siyasi icmalçısı təyin olunmuş Q.Məhərrəmli, eyni zamanda qısa müddətdə “Xəbərlər” baş redaksiyasına rəhbərlik edib. O, həmin illərdə dövlət başçısını xarici səfərlərdə müşayiət edib, bu səfərlər haqqında silsilə verilişlər hazırlayıb. Q.Məhərrəmlinin yaratdığı və 12 il rəhbərlik etdiyi “Səhər” musiqi-informasiya proqramı 25 ildən çoxdur teleməkanımızın ən populyar verilişlərindən biri olaraq qalır.

1982-ci ildən elmi, 1991-ci ildən isə pedaqoji fəaliyyətə başlamış Q.Məhərrəmli 1989-cu ildə “Radiodramaturgiya dili” mövzusunda namizədlik, 2004-cü ildə isə “Televiziya dili: funksiya və struktur” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. Müstəqillik dövründə jurnalistika ixtisası üzrə ilk elmlər doktoru olan Q.Məhərrəmlinin elmi araşdırmalarında jurnalistikanın və medianın ümumi nəzəriyyəsi, televiziya və radionun tarixi, bu sahənin aktual elmi-nəzəri problemləri, o cümlədən ekran-efirin mürəkkəb dil sisteminin öyrənilməsi əsas yer tutur. 1998-ci ildə BDU-nun Televiziya və radio jurnalistikası kafedrasında baş müəllim vəzifəsinə qəbul edilib, 2000-ci ildən baş müəllim, 2002-ci ildən dosent, 2006-cı ildən professordur. 2006-ci ildə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb. 2014-2016-cı illərdə AMEA-nın Nəsimi adına Dilçilik institutunda Monitorinq şöbəsinə rəhbərlik edib. Dəfələrlə xarici ölkələrdə Azərbaycan jurnalistikasını və jurnalistika elmimizi təmsil edib.

 

Media problemləri, o cümlədən teleradio jurnalistikası üzrə nüfuzlu mütəxəssis kimi tanınan professor Q.Məhərrəmli 40-a yaxın kitabın, o cümlədən bir neçə monoqrafiya, dərslik və dərs vəsaitinin, həmçinin izahlı lüğətlərin müəllifidir. Onun “Jurnalistikanın əsasları”, “Radio dalğalarında”, “Danışır Təbriz”, “Mediada debatlar”, “Jurnalistika terminləri”, “Azərbaycan dilinin frazeologiya lüğəti”, “Yeni alınma sözlər”, “Gələcəyə ön söz” əsərləri xüsusi fərqləndirilir. Əsərləri ingilis, alman, rus, koreya, fars və çex dillərində çap edilib.

 

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər