BAKU Azərbaycan
°C

“Gülmək çox əla bir hissdir. Kim nəyə gülürsə, əslində, yaxşıdır. Gülməkdən gözəl nə var ki?”

Gundem.az bu sözləri Ölkə.Az-a açıqlamasında aktyor və şoumen Fərda Xudaverdiyev komediya janrı sahəsindəki vəziyyət barədə danışarkən deyib. Komediyanın intellektual olub-olmaması barədə müzakirələrə münasibət bildirən aktyor deyib ki, kim nə bacarırsa, onu edir:

“13-15 yaşlar hər şeyə gülən vaxtlardır. Onlarla bizim işimiz yoxdur. Amma həyata atılandan, qayğılar artdıqdan sonra, yaşa dolduqca daha dərin yumor axtaranlar var. Onlar da haqlıdırlar. Hər kəs nəyi bacarırsa, onu edir. Kimin publikası nəyə gülür, bizim ona qarışacağımız yoxdur. Sadəcə, bir istəyimiz var ki, ilk ağla gələn zarafatlardan qaçmaq lazımdır. Çay evlərində, məclislərdə edilən zarafatları efirə çıxarmamaq lazımdır”.

F.Xudaverdiyev onu başqa stəndapçılarla, bəzən Cem Yılmazla müqayisə edilməsi ilə bağlı deyilənlərə isə belə cavab verib:

“Bunu sırf stəndapla məşğul olanların hamısına arzu edirəm. 90 milyonluq qardaş Türkiyənin Cem Yılmazı ilə müqayisə olunmaq böyük bir lütfdür. Amma mən beyin olaraq özümüzü nə Cem Yılmazdan, nə də filankəsdən daha kiçik hesab edirəm. Əksinə, daha üstün olduğumuzu düşünürəm”.

F.Xudaverdiyev Xalq artisti Afaq Bəşirqızının “Azərbaycanda komediya yoxdur” sözlərinə də münasibət bildirib:

“Araşdırsanız, görərsiniz, bütün dövrlərdə bu problem olub. Tarixdə yalnız keyfiyyətli iş görənlər qalır. Həmişə belə olacaq. Dünyasını dəyişəndən sonra kimisə tərifləməyə nə var ki? Allah bizi reallığı görə-görə inkar edənlərdən, qəlbinin gözü kor olanlardan saxlasın”, - deyə o söyləyib.

Qeyd edək ki, Xalq artisti Afaq Bəşirqızı bundan əvvəl saytımıza açıqlamasında Azərbaycanda komediya olmadığını demişdi.

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər