BAKU Azərbaycan
°C

Son günlər sosial şəbəkələrdə özünü Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşı kimi təqdim edən şəxsin insanlardan pul aldığına dair paylaşımlar edilir. 

İddia edilir ki, həmin şəxs daha çox paytaxtın Nəriman Nərimanov metro stansiyasının çıxışında taksilərə minir və bir qədər yol getdikdən sonra sürücülərdən pul tələb edir. 

Dövlət Təhlükəsizlik Xidməti ( DTX ) əməkdaşı kimi özünü təqdim edib, sürücülərdən pul alan bu şəxsin kim olduğu məlum deyil. Son aylarda müntəzəm olaraq taksi fəaliyyəti göstərən şirkətlərin proqramları üzərindən komfort tipli maşınları idarə edən sürücülər bənzər hadisələrdən şikayətçidirlər. 

Bütün bu hadisələri birləşdirən isə eyni görüntüyə malik olan sərnişindir. Səliqəli geyimdə (adətən kostyum, qalstuk, qara və ya ağ köynək) olan bu şəxs sürücülərdən müxtəlif bəhanələrlə, müxtəlif məbləğlərdə vəsaitlər alaraq aradan çıxır. Sürücülər Daxili İşlər Nazirliyinin ərazi üzrə polis bölmələrinə müraciət etdiklərini bildirirlər. Məsələ burasındadır ki, həmin şəxs (və ya şəxslər) öz əməllərini eyni ssenari üzərindən hələ də davam etdirir(lər).

Oxu.Az məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanlayıb. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev sorğuya cavab olaraq bildirib ki, sözügedən məsələdən məlumatlıdırlar:

“Məsələ ilə bağlı araşdırma aparılır. Nəticə barədə ictimaiyyətə məlumat veriləcək”.

 

Son xəbərlər

BMT-dən Zelenski ilə bağlı VACİB AÇIQLAMA: “Səlahiyyət müddəti bitsə də...” 

İbrahim Rəisinin üzüyü TAPILDI - VİDEO

Milli Məclisin iclası keçirilir - Gündəlikdə 11 məsələ var

Kredit öhdəliyini Kapital Bank-a gətirənlər üçün əlverişli təkliflər davam edir

Sərdar Əsədova yüksək VƏZİFƏ VERİLDİ

Prezident İran səfirliyində oldu

Bu tarixdən bazarda UCUZLAŞMA OLACAQ - Mənzil almaq istəyənlərin DİQQƏTİNƏ!

“Bakı Kristal Zalı”na yeni direktor TƏYİN EDİLDİ

Prezident özbəkistanlı naziri QƏBUL ETDİ - FOTO

Səudiyyə Ərəbistanında ilk dəfə çimərlik geyimi nümayişi keçiriləcək - FOTOLAR

Bakının bu rayonlarında QAZ OLMAYCAQ

Rəisinin helikopteri niyə dağla uçub? – DETALLAR ŞOK EDİR

Hamiləlik zamanı stressə məruz qalmağın FƏSADLARI - Məlum olub ki...

Polşa ukraynalıların qəbulunu DAYANDIRDI: "Məcbur deyilik!"

ABŞ Nigeriyadan qoşunlarını çıxarmağa başladı

İş yerlərinin 80 faizi Bakıda açılıb – RƏQƏMLƏR

Cavanşir körpüsü sökülür, nəqliyyatın hərəkəti MƏHDUDLAŞDIRILDI

Günəşdə partlayışlar bu tarixdə maksimuma ÇATACAQ

Azərbaycanda olan işsizlərin sayı AÇIQLANDI

Siyasi liderlərin həlak olduğu QƏZALAR - XRONOLOGİYA

Bütün xəbərlər