BAKU Azərbaycan
°C

Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun istefaya göndərilməsi onun ailə üzvlərinin və yaxın qohumlarının “vurulması” ilə müşayiət olundu.

Əvvəlcə V.Talıbovun akademik fəaliyyətlə məşğul olan oğlu Seymur Talıbov cəzalandırıldı. Naxçıvan Dövlət Universitetində beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsində çalışan oğul Talıbov könüllü şəkildə postundan imtina etmək məcburiyyətində qaldı. Xatırladaq ki, S.Talıbovun ardınca onun əmisi - Naxçıvan prokurorunun müavini işləyən Məhərrəm Talıbov öz ərizəsi ilə sərəncama göndərildi. Dəyişiklik rüzgarı Talıbovların ən parlaq nümayəndələrindən olan Rza Talıbovdan da yan keçmədi.

Dövlət Miqrasiya Xidmətində idarə rəisi vəzifəsində çalışan general Talıbovun uzunmüddətli məzuniyyətə göndərilməsi ilə bağlı xəbərlər artıq öz təsdiqini tapıb.

Qeyd edək ki, Azərbaycanda ataların cəzasını oğulların çəkməsi ilə bağlı çoxillik tendensiya mövcuddur. Hazırda məhbus həyatı yaşayan keçmiş icra başçılarının və işdən qovulmuş digər yüksək rütbəli keçmiş məmurların timsalında biz bunun şahidi olmuşuq.

Heç kimə sirr deyil ki, bu tendensiyanın əsasını Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev qoyub. O, vəzifədə işlədiyi uzun illər ərzində özünə rəqib bildiyi şəxsləri işdən çıxarmaqla, yaxud məhbəsə göndərməklə kifayətlənməyərək, onların övladlarını da cəzalandırıb.

Maraqlıdır, bəs Ramiz Mehdiyevin gənc yaşlarında general rütbəsinə sahiblənmiş oğlu Teymur Mehdiyev necə vəzifəsini qoruya bilir?

Niyə atasının əsasını qoyduğu bu “ənənə” 38 yaşında general olmuş və hazırda fövqəladə hallar nazirinin müavini vəzifəsində çalışan oğul Mehdiyevə şamil olunmur?

“Yeni Sabah” xəbər verir ki, dünyanın hər yerində mənfi hal kimi qiymətləndirilən bu tendensiyadan Teymur Mehdiyev də öz “nəsibi”ni almaq üzrədir. Məlumatlı şəxsin sayta bildirdiyinə görə, oğul Mehdiyev yaxın vaxtlarda tutduğu postla vidalaşmalı olacaq. Mənbə Teymur Mehdiyevin atasının “vurulmasından” sonra vəzifəsini qoruya bilməsini FHN başçısı Kəmaləddin Heydərovla bağlı siyasi qərarın gecikməsi ilə əlaqələndirib. Onun sözlərinə görə, yaxın vaxtlarda Fövqəladə Hallar Nazirliyində köklü kadr dəyişiklikləri baş verəcək. Nazir K.Heydərov, müavinləri və qurumda yüksək vəzifə tutan digər rütbəli şəxslər kollektiv şəkildə istefaya göndəriləcək.

“Biz bu prosesi Dövlət Gömrük Komitəsinin simasında müşahidə etdik. Səfər Mehdiyev işdən çıxarılandan sonra əvvəlcə onun müavinləri, sonra isə DGK-da yüksək vəzifə tutan digər şəxslər istefaya göndərildi. Eyni halın FHN-in timsalında yenidən təkrarlanacağı şübhə doğurmur”, - deyə mənbə fikrini tamamlayıb.

Son xəbərlər

Hamiləlik zamanı stressə məruz qalmağın FƏSADLARI - Məlum olub ki...

Polşa ukraynalıların qəbulunu DAYANDIRDI: "Məcbur deyilik!"

ABŞ Nigeriyadan qoşunlarını çıxarmağa başladı

İş yerlərinin 80 faizi Bakıda açılıb – RƏQƏMLƏR

Cavanşir körpüsü sökülür, nəqliyyatın hərəkəti MƏHDUDLAŞDIRILDI

Günəşdə partlayışlar bu tarixdə maksimuma ÇATACAQ

Azərbaycanda olan işsizlərin sayı AÇIQLANDI

Siyasi liderlərin həlak olduğu QƏZALAR - XRONOLOGİYA

Putin müdafiə nazirinə yeni müavin təyin etdi

İtaliya Azərbaycana yeni səfir TƏYİN ETDİ

Ərdoğan Nazirlər Kabinetini topladı

Mincivan qəsəbəsinə köçürüləcək sakinlərin sayı AÇIQLANDI

51 yaşlı qadını döyüb telefonunu əlindən aldı - FOTO 

“iPhone”un ən bahalı və ən nazik modeli TƏQDİM EDİLƏCƏK

Qayınanası ilə evləndi və toy xərclərini qayınatası ödədi 

“Yaralı” qanadlar: İranda son illərin aviasiya qəzaları – DOSYE

BMT iclasa sükutla başladı -  Rusiyanın xahişi ilə...

İranın xarici işlər nazirinin CƏSƏDİ TAPILDI - FOTO 

Talıb Taledən Zeynəblə bağlı AÇIQLAMA: "İlk gündən onu..."

Qarabağda yeni idarə yaradıldı

Bütün xəbərlər