BAKU Azərbaycan
°C

Qarabağın "dövlət naziri" Ruben Vardanyan yanvarın 8-də əhaliyə müraciət edərək ərzaq kuponlarının tətbiqinə hazırlıq barədə məlumat verib.

Gundem.az xəbər verir ki, o, bəzi imkanlı şəxsləri də bu ağır günlərdə Qarabağı tərk etməkdə ittiham edib.

O, ad çəkmədən qeyd edib ki, Qarabağ əhalisinin 90%-i vəziyyəti sakitliklə qəbul edir,  “lakin bir neçə yolverilməz insident” var.

Onun sözlərinə görə, bəzilərı benzini çörəyə dəyişir, halbuki benzin təcili yardım maşınlarına lazım olduğundan ümumi fonda verilməlidir. O, daha sonra mağaza sahiblərini qohum və tanışlarına mal paylamaqda ittiham edib.

"Biz hamımız eyni gəmidəyik və hər şeyi paylaşmalıyıq" o deyib və əlavə edib ki, bazar ertəsi qida talonlarının tətbiqi ilə baglı iclas keçirəcək. Bu gün Qarabağın “Təhlükəsiszlik Xidməti” əhaliyə müraciət edərək rayonda ərzaq və digər malların qıtlığı ilə bağlı sosial şəbəkələrdə məlumatları dərc etməməyə çağırıb. Eyni zamanda, Qarabağın  məktəblərində dərslərin dayandırıldığı bildirilir.

Ermənistanın özündə isə yanvarın 8-də bir sıra qərbyönlü təşkilatların üzvləri Rusiyanın Gümrüdəki 102-ci hərbi bazası qarşısında etiraz aksiyası təşkil ediblər. Onlar bazanı mühasirəyə almağa çalışsalar da, polis onları geri qovub. Aksiya iştirakçıları Rusiyadan Laçın dəhlizinin  açınmasını tələb ediblər.

Xatırladaq ki, bu gün Azərbaycan vətəndaş cəmiyyəti fəallarının Şuşa yaxınlığındakı Laçın yolunda keçirdiyi aksiyanın 28-ci günüdür. Onlar Qarabağda qızıl mədənlərinin separatçılar tərəfindən qanunsuz istismarının dayandırılmasını və Laçın yolunda Azərbaycan nəzarətinin yaradılmasını tələb edirlər. Ermənistan tərəfi bu tələbləri yerinə yetirməkdən imtina edir. 

Son xəbərlər

Hamiləlik zamanı stressə məruz qalmağın FƏSADLARI - Məlum olub ki...

Polşa ukraynalıların qəbulunu DAYANDIRDI: "Məcbur deyilik!"

ABŞ Nigeriyadan qoşunlarını çıxarmağa başladı

İş yerlərinin 80 faizi Bakıda açılıb – RƏQƏMLƏR

Cavanşir körpüsü sökülür, nəqliyyatın hərəkəti MƏHDUDLAŞDIRILDI

Günəşdə partlayışlar bu tarixdə maksimuma ÇATACAQ

Azərbaycanda olan işsizlərin sayı AÇIQLANDI

Siyasi liderlərin həlak olduğu QƏZALAR - XRONOLOGİYA

Putin müdafiə nazirinə yeni müavin təyin etdi

İtaliya Azərbaycana yeni səfir TƏYİN ETDİ

Ərdoğan Nazirlər Kabinetini topladı

Mincivan qəsəbəsinə köçürüləcək sakinlərin sayı AÇIQLANDI

51 yaşlı qadını döyüb telefonunu əlindən aldı - FOTO 

“iPhone”un ən bahalı və ən nazik modeli TƏQDİM EDİLƏCƏK

Qayınanası ilə evləndi və toy xərclərini qayınatası ödədi 

“Yaralı” qanadlar: İranda son illərin aviasiya qəzaları – DOSYE

BMT iclasa sükutla başladı -  Rusiyanın xahişi ilə...

İranın xarici işlər nazirinin CƏSƏDİ TAPILDI - FOTO 

Talıb Taledən Zeynəblə bağlı AÇIQLAMA: "İlk gündən onu..."

Qarabağda yeni idarə yaradıldı

Bütün xəbərlər