BAKU Azərbaycan
°C

“Qarlı hava şəraiti ilə bağlı bəzi regionlarda elektrik enerjisinin verilməsi zamanı qısamüddətli lokal qəzalar qeydə alınıb”.
 
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu bildirib. 

Onun sözlərinə görə, gecədən bu saatlara qədər regionda və paytaxt ərazisində əhaliyə elektrik enerjisinin verilişi ilə bağlı ciddi problemlər yaşanmayıb:

“Bəzi ərazilərdə lokal qəza halları olub. Qəza xidməti tərəfindən dərhal müraciətlərə baxılıb, problem aradan qaldırılıb. Donvurma ilə əlaqədar bəzi qırılmalar ola bilir. Qurumun qəza xidmətinin əməkdaşları 24 saat gücləndirilmiş iş rejimində çalışır. Çağrı mərkəzinə qəza ilə bağlı əhalidən daxil olan zənglər əsasında həmin ərazilər dərhal əməkdaşlar cəlb edilir və problem aradan qaldırılır”.

***

Qarlı hava şəraiti ilə bağlı paytaxt və regionlarda müxtəlif problemlər yaşanıb. Əhali daha çox yollardakı vəziyyətdən və nəqliyyatla bağlı yaranan çətinlikdən şikayət edir.

Bəs kommunal sahələrdə əhaliyə göstərilən xidmətlərlə bağlı vəziyyət necədir? Bununla bağlı qurumlara sorğu ünvanladıq. 

“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Anar Cəbrayıllı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, qurumun “955” zəng mərkəzinə su borusunun və yaxud sayğacların donması ilə bağlı heç bir müraciət daxil olmayıb:

“Operativ idarəetmə şöbəsindən verilən məlumata görə, hazırda həm Bakı şəhərində və Abşeron yarımadasında, həm də regionlarda bütün mənbələrdən lazımi həcmdə su götürülür və abonentlər dayanıqlı içməli su ilə təmin olunurlar. “Azərsu” qarlı günlərdə gücləndirilmiş iş rejimində çalışır. Hər hansı bir qəza və yaxud problem yaranarsa, onun qısa müddətdə və operativ aradan qaldırılması ilə bağlı tədbirlər görüləcək”.

Son xəbərlər

Əməkdar artist müğənnini LAĞA QOYDU: "Hissdir, kömürdür bilmirəm..." - VİDEO

Gəncədə avtomobil qaçıran şəxs SAXLANILDI

AFFA prezidenti UEFA-nın İcraiyyə Komitəsinin üzvü ilə GÖRÜŞDÜ

"Telefon, hesab və fərdi məlumatlarınız..." - Əhaliyə təhlükəsizliklə bağlı XƏBƏRDARLIQ!

Slovakiya Prezidenti sui-qəsdə uğrayan Baş nazirdən DANIŞDI: "Kritik saatlar..." 

Kapital Bank-ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransı - FOTO

Azərbaycanda bu şəxslərə verilən müavinət DAYANDIRILDI - RƏSMİ

Latviya Parlamenti sədrinin Azərbaycana səfər tarixi MƏLUM OLDU

Britaniya Rusiyanın iki şirkətinə qarşı sanksiyalar TƏTBİQ ETDİ

"Qərb Rusiya ilə danışıqlara başlaması üçün Zelenskiyə təzyiqə hazırlaşır" - İDDİA

Tanınmış aparıcı AzTV-dən AYRILDI: "Çox çətindir, amma..." - FOTO

Millət vəkilləri bu tarixdə 11 məsələnin müzakirəsi üçün TOPLAŞACAQLAR 

Putin: "Rusiyanın Xarkovu tutmaq planı yoxdur"

İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə OLDULAR

Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində OLDULAR

Prezident İlham Əliyev qazaxıstanlı həmkarına ZƏNG ETDİ

Prezidentləri Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisinə BAXDILAR

Prezidentlər Azərbaycanla Belarusun birgə istehsalı olan avtobusa baxdılar

Prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərə BAXDILAR

Dövlət başçılarına Şuşanın Baş planı barədə məlumat verildi

Bütün xəbərlər