BAKU Azərbaycan
°C

Azərbaycanda daha bir kişi cinsini dəyişib. Hadisə İmişli rayonunda qeydə alınıb. 

Bizim.Media bununla bağlı foto əldə edib.

Fotoda yer alan məlumatdan belə görünür ki, İmişli regional ASAN xidmət mərkəzinin Qeydiyyat şöbəsinin rəisi Səfa Baxışın şəxsi imzası və möhürü ilə rayonun Məzrəli kənd sakini Qasımlı Rasim Vasif oğlu cinsini dəyişdiyi üçün adını dəyişdirib və Çinarə ilə əvəzləyib.

Məsələni dəqiqləşdirmək üçün İmişli regional ASAN xidmət mərkəzinin Qeydiyyat şöbəsinin rəisi Səfa Baxışla əlaqə yaratmağa çalışdıq.

Çoxsaylı  zənglərimizə cavab verən olmadı. Ədliyyə Nazirliyindən isə sorğumuzun araşdırılacağı bildirilib. 

İmişli rayonu Məzrəli kənd bələdiyyə sədri Babək Kazımov isə Bizim.Media-ya açıqlamasında faktı qismən də olsa təsdiqləyib. O, iki gündür ki, belə bir hadisə haqqında xəbərdar olduğunu bildirib:

“Bəli, belə bir məlumatdan xəbərim var. Cinsini dəyişməsi ilə bağlı yanında iştirakçı olmamışam. Amma kənd sakinlərinin dilindən eşitmişəm ki, guya adını dəyişib Çinarə yazdırıb, hətta həkimdən sağlamlıq haqqında arayış alıb. Ailəsini deyil, atası Vasif kişini tanıyıram.

Dəmir-dümür yığıb, ailəsi-uşağını dolandırmaqla məşğuldur. Məlumatı yeni bilmişəm, amma dəqiq olduğunu deyə bilmərəm. Bəlkə səhv məlumat yayılıb, ya kiminsə-kimdənsə xoşu gəlmir deyə bilərəkdən yayıb. Əsas fakt insanın özüdür”, - deyə Babək Kazımov məsələnin təfərrüatlarını öyrənəcəyini deyib.


Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər