İdman
18.01.2023 / 13:30
311
“Qarabağ” qitənin klub reytinqində ilk “50-lik”də
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların Avropa reytinqini açıqlayıb.
Gundem.az xəbər verir ki, “Qarabağ” siyahının 49-cu pilləsində qərarlaşıb.
Azərbaycan təmsilçisi “Borussiya” (Dortmund, Almaniya), “Latsio”, “Fiorentina”, “Atalanta (hamısı İtaliya), “Sevilya” (İspaniya), “Lion” (Fransa), “Lester” və “Nyukasl” (hər ikisi İngiltərə) kimi məşhur klubları qabaqlayıb.
Siyahıya İngiltərənin “Liverpul” klubu başçılıq edir, 2-ci pillədə “Çelsi”, 3-cü yerdə isə “Mançester Siti” qərarlaşıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay