İdman
20.01.2023 / 23:42
307
Almaniya 2022-nin ƏN YAXŞI futbolçusunu seçdi
Almaniya millisində 2022-ci ilin ən yaxşı futbolçusu müəyyənləşib.
Gundem.az Almaniya Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, Camal Musiala ən yaxşı oyunçu seçilib.
19 yaşlı yarımmüdafiəçi azarkeşlər arasında aparılan səsvermədə 66 faiz səs toplayıb. Kay Haverts 2-ci, Jozua Kimmix 3-cü olub.
Qeyd edək ki, 2022-ci ildə Camal Musiala Almaniya millisinin heyətində 11 oyuna çıxıb və 2 qolun ötürməsini verib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay