BAKU Azərbaycan
°C

“Araşdırmanın nəticəsində cinayət işinin başlanıb-başlanılmaması isə artıq zaman məsələsidir”.

Gundem.az xəbər verir ki, bu fikirləri London məhkəməsinin Milli Məclisin deputatı Cavanşir Feyziyevin ailə üzvlərinə məxsus iri məbləğdə bank vəsaitini müsadirə etməsinin parlament üzvü ilə bağlı hüquqi prosedurlara başlanması üçün əsas yaradıb-yaratmadığını dəyərləndirən “Konstitusiya” Fondunun prezidenti Əliməmməd Nuriyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, çirkli pulların yuyulması ittihamı varsa, o işin mənbəyi, iştirakçıları, bağlılıqlar və sair detallar üzə çıxarılmalıdır.

“Şübhəsiz ki, çirkli pulların yuyulması ittihamı ilə bağlı hər halda, uzunmüddətli təhqiqatdan sonra belə bir qərar qəbul edilib. Yəni bu, tələsik qəbul edilmiş bir qərar kimi görünmür.

Çünki bildiyiniz kimi, əvvəl də mətbuatda bu məsələyə dair yazılar getmişdi. Lakin araşdırmaların davam edəcəyini nəzərə alsaq, bu barədə nəticə necə olacağı haqda indidən birmənalı fikir bildirmək çətindir.

Əgər ittihamlar tam sübut olunacaqsa, təbii ki, əmlakın müsadirəsi söhbəti aktuallaşa bilər. Eyni zamanda, ittihamda deyildiyi kimi, çirkli pulların yuyulması baş veribsə, Azərbaycan tərəfi də Avropa Şurasının çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə öhdəliklərin icrasına nəzarət edən MONEYVAL Komitəsinin üzvü olaraq, bu işi nəzarətə götürəcək və iş araşdırılacaq.

Çünki çirkli pulların yuyulması ittihamı varsa, o işin mənbəyi, iştirakçıları, bağlılıqlar və sair detallar üzə çıxarılmalıdır. Yəni bütün o işlər bir sxem formasında baş verir. O baxımdan, yəqin ki müvafiq araşdırma aparılacaq. Lakin araşdırmanın nəticəsində cinayət işinin başlanıb-başlanılmaması isə artıq zaman məsələsidir, bunu proqnozlaşdırmaq həm mümkün deyil, həm də doğru olmazdı.

Hüquqda təqsirsizlik prezumpsiyası anlayışı var. Əvvəla, çirkli pulların yuyulmasında iştirak etmiş əsas fiqurlar tam şəkildə müəyyən olunmalıdır. İkincisi, başqa şəxslərin o işə aidiyyatının olub-olmaması istintaqın qarşısında duran əsas suallardandır. Bu məsələdə ailə üzvlərinin adı hallandığı üçün hörmətli deputatımız da yəqin ki öz münasibətini bildirəcək.

Böyük ehtimalla Britaniya məhkəməsi bu işlə əlaqədar Azərbaycana, həmçinin varsa, başqa ölkələrə də uyğun sorğular göndərəcək. O zaman bizim hüquq-mühafizə orqanları dövrəyə girərək, müvafiq araşdırmaya başlayacaqlar”.

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər