BAKU Azərbaycan
°C

“​Xəstəxanada vəziyyəti stabil idi. Ona yaxşı baxırdılar. Həkimlərdən Allah razı olsun. Birdən-birə dərmanlar böyrəklərinə mənfi təsir etdi”.

Bunu “Qafqazinfo”ya ötən gün vəfat edən müğənni Zeynəb Dostəliyevanın bacısı Xalq artisti Nazpəri Dostəliyeva bildirib. 

Onun sözlərinə görə, ötən gün səhər saat 08:00-09:00 radələrində reanimasiyadan zəng vurub bacısının böyrəklərinin fəaliyyətini dayandırdığını deyiblər: “Həkimlərdən xahiş etdim ki, əlinizdən gələni edin. Bir daha həkimlər müdaxilə etdilər. Sonra böyrəklərini təmizləmək üçün aparata qoşdular. Axşam saat 20:00 radələrində bacım Zeynəb dünyasını dəyişdi”.

N. Dostəliyeva bildirib ki, sağalacağına özü də, bacısı da inanıb: “Məni öpüb, qucaqladı. Dedi ki, “bacı, mən sənin qədrini bilməmişəm. Niyə belə etmişəm?!”

O hər zaman qədrimi bilirdi. Ölümünü hiss edirdi, amma mən ona dəstək olurdum. Deyirdim ki, nə danışırsan, oğlun Orxana ev alıb onu evləndirəcəyik. Sevincindən məni qucaqlayıb ağladı. Öpdüm, dedim ağlama. Gözlərimə belə bir ümid gəlirdi ki, o sağalacaq. İnfeksiya tamamilə sovrulmuşdu və yaxşılığa doğru gedirdi”.

Son xəbərlər

Buraxılış imtahanının nəticələri açıqlandı

Azərbaycanda peyklə yayımlanan radiokanalların sayı ARTDI

Məşhur müğənninin həbsinə səbəb olan GÖRÜNTÜLƏR - FOTO

"TikTok"dan istifadəçilərini narazı salacaq ADDIM - Artıq...

Putindən Xarkovla bağlı MÜHÜM AÇIQLAMA: "Bu gün..."

Lerikdə dağ uçdu, qaya parçaları yolu BAĞLADI

Aprelin 21-dəki buraxılış imtahanının nəticələri AÇIQLANDI

Əməkdar artist müğənnini LAĞA QOYDU: "Hissdir, kömürdür bilmirəm..." - VİDEO

Gəncədə avtomobil qaçıran şəxs SAXLANILDI

AFFA prezidenti UEFA-nın İcraiyyə Komitəsinin üzvü ilə GÖRÜŞDÜ

"Telefon, hesab və fərdi məlumatlarınız..." - Əhaliyə təhlükəsizliklə bağlı XƏBƏRDARLIQ!

Slovakiya Prezidenti sui-qəsdə uğrayan Baş nazirdən DANIŞDI: "Kritik saatlar..." 

Kapital Bank-ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransı - FOTO

Azərbaycanda bu şəxslərə verilən müavinət DAYANDIRILDI - RƏSMİ

Latviya Parlamenti sədrinin Azərbaycana səfər tarixi MƏLUM OLDU

Britaniya Rusiyanın iki şirkətinə qarşı sanksiyalar TƏTBİQ ETDİ

"Qərb Rusiya ilə danışıqlara başlaması üçün Zelenskiyə təzyiqə hazırlaşır" - İDDİA

Tanınmış aparıcı AzTV-dən AYRILDI: "Çox çətindir, amma..." - FOTO

Millət vəkilləri bu tarixdə 11 məsələnin müzakirəsi üçün TOPLAŞACAQLAR 

Putin: "Rusiyanın Xarkovu tutmaq planı yoxdur"

Bütün xəbərlər