BAKU Azərbaycan
°C

Ailə şirkətinin borclarına görə son zamanlar gündəmdən düşməyən Hadisənin sevgilisi Mehmet Dinçerler yazılı açıqlama verib. Borclarını vaxtında ödədiyini deyən Dinçerler heç kimə borcu olmadığını bildirib. 

Gundem.az Türkiyə mətbuatına istinaədn xəbər verir ki, Hadisə ilə sevgili olan iş adamı Mehmet Dinçler sevgilisinə 3 milyon TL-lik üzük təkliflə evlənmə tıklifi etmişdi. İddialara görə, vəkil “3 milyonluq üzük almaq yerinə borclarını ödəyərdi, kreditorlara ziyan vurur” deyib. 

Haqqında yayılan bu xəbərlərdən sonra İnstaqram hesabını bağlayan Mehmet Dinçerler “Twitter” hesabından yazılı açıqlama yayıb. Tanınmış iş adamı açıqlamasında borclarını ödədiyini bildirib: 

“Bu çətin prosesdə mənim heç bir kommersiya öhdəliyim olmasa da, ailəsinə və soyadına bəzi bank borclarına görə məsuliyyət hiss edən hər bir övlad kimi mən də təəssüf ki, zamin oldum. Bu səbəbdən şirkətimiz borcların yenidən qurulması üçün restoranın konkordat tələbi ilə birlikdə bəzi zaminlərimizə görə investorlarımızı və işçilərimizi qorumaq üçün 2019-cu ildə konkordat prosesinə girməli oldu.

Şəxsən mən və mənim şirkətim təsdiq edilmiş bütün ödəniş cədvəllərinə əməl etmişik və mənim bir dənə də qeydə alınan borcum yoxdur. Bundan əlavə, 2021-ci ildə şirkətim və zamin durduğum borcların demək olar ki, hamısını bağlamışıq (baxmayaraq ki, mənim və şirkətimin heç bir borcumuz yoxdur). Xəbərlərdə yer alan ödənilməmiş borclar və ya şirkətlə qohumluq əlaqələrimdən başqa heç vaxt şirkətlə ortaqlığım olmayıb.

İnanıram ki, bir övlad kimi üzərimə düşəni etmişəm və bundan sonra nə lazımdırsa, edəcəm; yalnız şirkətlər tam hüquqi şəxsdir və heç kimin borcu heç kimə bağlı deyil. Bu gün gəldiyimiz proses təbii ki, üzücüdür. Əminəm ki, bu kədərli hadisəni maqazin səhifələrinə çıxarmaq və haqsız reputasiyanı zədələmək heç bir əxlaqa sığmır”.

M.Dinçerlər Hadisədən ayrıldıqları ilə bağlı yayılan xəbərlərinə isə heç bir münasibət bildirməyib. 

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər