Hadisə
10.03.2023 / 11:47
189
Qaxda 34 yaşlı kişi dərmandan zəhərlənib
Qax rayonunda 34 yaşlı kişi dərmandan zəhərlənib.
Report-un əldə etdiyi məlumata görə, hadisə martın 9-da rayonun Armudlu kəndində qeydə alınıb.
Belə ki, 1989-cu il təvəllüdlü Elşən Kərimov dərman qəbul edərkən halı pisləşib. Daha sonra o, zəhərlənmə diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti normaldır.
Araşdırma aparılır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay