13.03.2023 / 23:07
242
Xəstəxananın həyətində 2 avtomobil toqquşdu, 1 nəfər...
Babək rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Gundem.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun mərkəzi xəstəxanasının həyətində baş verib.
Xəstəxananın həyətində iki avtomobilin toqquşması nəticəsində 1959-cu il təvəllüdlü Babək şəhər sakini Akif Əliyev xəsarət alıb. Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilən zərərçəkənin vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay