BAKU Azərbaycan
°C

“Ölkəmizdə son üç ildə illik maliyyə dəyəri 5 milyard manat (təqribən 3 milyard ABŞ dolları) olan üç sosial islahat paketi həyata keçirilib, yalnız 2022-ci il üçün sosial islahatlar paketi 2,1 milyon insanı əhatə edir”.

Gundem.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev BMT-nin Sosial İnkişaf üzrə Komissiyasının 60-cı sessiyası çərçivəsində  keçirilən Nazirlər Forumunda çıxışında deyib.

O qeyd edib ki, aparılan islahatlar nəticəsində həmin dövrdə sosial ödənişlər 65 faiz, minimum pensiya 2,2 dəfə, orta pensiya 60 faiz, minimum əməkhaqqı 2,3 dəfə, illik əməkhaqqı fondu 2 dəfədən çox artıb.

Nazir yoxsulluğa qarşı mübarizə tədbirlərindən biri olan ünvanlı dövlət sosial yardımı proqramını qeyd edib.

Ötən il  202 min ailə üzvü olan 47 min aztəminatlı ailənin ünvanlı yardımla təmin edildiyini, bu yardımın orta aylıq məbləğinin son bir ildə 17 faiz artdığını, 2020-ci ildə COVID pandemiyası zamanı da ünvanlı yardım proqramının mühüm sosial dəstək rolu oynadığını vurğulayıb.

Həmçinin keçən il ölkə əhalisinin  təxminən 4,6 faizinin və ya 466 min nəfərin aylıq və birdəfəlik sosial müavinətlə təmin edildiyini, son 3 ildə ölkəmizdə orta aylıq pensiyanın 60% artdığını qeyd edib.

Son xəbərlər

Uşaq böyütmək xərclərinə görə lider ÖLKƏLƏR

Bakıda üç qardaşın avtoritetlə “razborkası” ölümlə bitdi - VİDEO

Ailəsini öldürməkdə təqsirləndirilən Əhməddən YENİ XƏBƏR - VİDEO

Mənzil bazarında durğunluq yaşanır: Səbəb nədir? - VİDEO

"Qarabağ" güclüdür, lakin... - "Braqa"nın futbolçusu

Paşinyan Fransadan alınan silahlardan danışdı

DİQQƏT! Fevralın 25-i 18:00-dan 27-dək... - FOTO

Aybəniz Haşımovanın qardaşı həbs edildi

Azərbaycana 1 milyondan çox pul gətirən qadın saxlanıldı

17 yaşlı gənc intihar ETDİ

DTX sanatoriyasını bu komandaya verdi

Keçmiş baş nazir müsahibə üçün bir milyon istədi

Şəmkirdə avtomobilər toqquşub, xəsarət alanlar var

Helikopter qəzasında 3 nəfər öldü

Türkiyə ABŞ-a onu səfir təyin etdi

Balakəndə ev yanaraq kül OLDU

Qarabağa getmək istəyənlərin nəzərinə!

"Bozun 50 çaları"nın aktrisası bu hala düşdü - FOTO

Nuno Rodriqes: “Braqa” üçün Bakıdakı oyun da çox çətin olacaq”

XƏBƏRDARLIQ: Bu gün iki tonluq peyk Yerə çırpılacaq - Hara düşəcəyi bilinmir

Bütün xəbərlər