BAKU Azərbaycan
°C

“Kristal Abşeron” MTK-nın icraçı direktoru Məhayət Nəbiyev  "Pişik" ləqəbli müğənni Günel Ələkbərovaya etdiyi hədiyyə ilə gündəmə gəlib

32gun.az xəbər verir ki, deputat Ağalar Vəliyevin sahibi olduğu "Kristal Abseron" MTK-nın Xırdalan layihəsindəki binanın bir mərtəbəsinin tamamının müğənniyə hədiyyə edildiyi iddia edilir.

İddiaya görə, müğənninin sənətinə hörmət əlaməti olaraq belə bir addım atılıb. 

Məsələ ilə bağlı “Kristal Abşeron” şirkətinin marketinq şöbəsindən Rəşad Qurbanovla əlaqə saxladıq və  belə bir "obyekt"in olub -olmaması ilə maraqlandıq. Şirkət rəsmisi müştərilərin məxfi məlumatları barədə heç  bir açıqlama verə bilməyəcəklərni açıqlayıb. 

Günel Ələkbərovanın  da özü ilə əlaqə saxlamağa çalışsaq da "bir azdan zəng edərsiz" deyib dəstəyi asdı. Bir müddət sonra növbəti zənglərimizdə dəstəyi qaldırmadı.

*Xatırladaq ki, mətbuatda A,Vəliyevin böyük biznes şəbəkəsinin olması  və "Azəraqrartikinti” ASC idarə heyətinin sədri olduğu yazılıb. Həmçinin iddiaya görə İstanbulun Alemdar məhəlləsi, Başmühasip küçəsi 10 ünvanında yerləşən otel Pərviz Vəliyevin 2015-ci ilin avqustun 24-də İstanbul Ticaret Odasında qeydiyyatdan keçirdiyi PZ GRUP TURİZM İNŞAAT SANAYİ VE TİCARET LİMİTED ŞİRKETİ üzərindən idarə olunur. 

Pərviz Vəliyev Azərbaycandakı PZ ŞİRKƏTLƏR QRUPU-nun rəhbəridir. Ağalar Vəliyev bu şirkət üzərindən plastik pəncərələr istehsal edən fabrikin, betonzavodun və "MƏLƏK” ailə-uşaq əyləncə mərkəzinin sahibidir.   "MƏLƏK” ailə-uşaq əyləncə mərkəzinin daxilində kiçik hostel və özəl bağça fəaliyyət göstərir. Bu da h P.Vəliyevin özünün nəzarətindədir. 

Deputatın Azərbaycanda da böyük biznesi var. Elə Bakıda çoxsaylı ərazilərdə, hətta metro çıxışlarının üstündə, dəmiryol xətlərinin bir addımlığında yüksəkmərtəbəli binalar tikərək, çox baha kredit faizləri ilə satan "Kristal Abşeron" tikinti şirkəti də Ağalar Vəliyevə məxsusdur...

Son xəbərlər

Rəisinin olduğu helikopterin bütün sərnişinləri həlak olub

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

Bütün xəbərlər