BAKU Azərbaycan
°C

“Qeyd etmək istərdim ki, forumun vaxtı 10 aprel tarixinə təyin edilsə də, lakin təəssüflər olsun ki, bizim hər birimiz üçün, bütün mədəniyyət ictimaiyyəti üçün dəyərli olan sənətkarımızın, Azər Paşa Nemətovun vaxtsız vəfatı onun vaxtının dəyişməsinə səbəb olub”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda keçirilən ilk Teatr Forumu zamanı mədəniyyət nazirinin birinci müavini və nazir səlahiyyətlərini icra edən Adil Kərimli deyib.

O, Azər Paşa Nemətovun vəfatının böyük itki olduğunu bildirib: “Azər Paşa Nemətov böyük bir sənətkar idi. Azərbaycan teatrı üçün, Azərbaycan mədəniyyəti üçün böyük xidmətləri olan şəxsiyyət idi. Təbii ki, bizim forumumuz, işlərimiz davam etməlidir. Lakin Azər Paşa Nemətovun timsalında dünyasnı dəyişmiş bütün teatr fədailərinə Allahdan rəhmət diləyir və Azərbaycan teatrının inkişafı istiqamətində göstərdikləri əvəzsiz töhfələrə görə, onların qarşısında baş əyirik”.

Xatırladaq ki, Azər Paşa Nemətov aprelin 9-da 76 yaşında ürəktutmadan vəfat edib. Aprelin 10-u İkinci Fəxri xiyabanda dəfn edilib.

Son xəbərlər

Elçinlə Aydan barışdı!

Bu küçə və prospektlərdə hərəkət TAM MƏHDUDLAŞDIRILACAQ - DİQQƏT! 

Mayın 5-i saat 15-dən... - Əhaliyə XƏBƏRDARLIQ

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Nərimanovda quruyan ağaclarla bağlı AÇIQLAMA - FOTO

Prezident qanun İMZALADI

BDYPİ sürücülərə çağırış etdi - VİDEO

Türkiyə şəhid VERDİ

Dünyanın ən ağıllı insanı irqçi idi? - Eynşteyn gündəliyində nə yazmışdı? 

Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar

Fransada uşaqlarla bağlı QADAĞA - 13 yaşdan aşağı...

Bakıda və Abşeron yarımadasında küləyin sürəti 22 m/s-dək GÜCLƏNDİ

Bu şəxslər pensiyaya 5 il tez çıxacaq

Hava bu tarixdən KƏSKİN DƏYİŞİR - XƏBƏRDARLIQ! 

Azərbaycanlı aparıcıya AĞIR İTKİ - FOTO

Bu xanımlar pilinq ETMƏSİN! - Həkim səbəbi açıqladı

Bu şəxslər pensiyaya daha tez ÇIXACAQ - PREZİDENT TƏSDİQLƏDİ

“Qazprom” zərər edib – Son 25 ildə ilk dəfə

Pakistanda AĞIR QƏZA: 20 nəfər öldü, yaralılar var

Sergey Şoyqunun qızı övladının ŞƏKLİNİ PAYLAŞDI

Bütün xəbərlər