BAKU Azərbaycan
°C

Avropa ölkələri qısa müddətdə zəif iqtisadi artım və davamlı yüksək inflyasiya gözləyir.

İnkişaf etmiş Avropa ölkələrində 2023-cü ildə inflyasiya orta hesabla təxminən 5,6 faiz təşkil edəcək.

Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) Avropa Departamentinin direktoru Alfred Kammer ABŞ paytaxtında Fondun və Dünya Bankının rəhbər orqanlarının yaz sessiyası zamanı keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Avropa ötən qış “ümumi tənəzzüldən” yayınıb və möhkəmlik nümayiş etdirib. Bununla belə, region bir sıra problemlərlə üz-üzədir: inflyasiyaya qalib gəlmək, iqtisadiyyatın bərpasını dəstəkləmək və maliyyə sabitliyini təmin etmək.

“İnflyasiya yüksək olaraq qalır. Əksər inkişaf etməkdə olan Avropa ölkələrində və bəzi qabaqcıl iqtisadiyyatlarda bu, ikirəqəmli həddədir. Enerji qiymətləri aşağı düşüb, lakin digər məişət xərclərinin qiymətləri sürətlə artmaqda davam edir”, - Kammer bildirib.

O qeyd edib ki, Avropa üçün zəif iqtisadi artım və davamlı inflyasiya proqnozlaşdırılır. BVF-nin proqnozlarına görə, inkişaf etmiş Avropa ölkələrində ÜDM artımı 2022-ci ildəki 3,6 faizdən bu il 0,7 faizə qədər azalacaq, lakin 2024-cü ildə 1,4 faizə yüksələcək. Kammer Belarus, Rusiya, Türkiyə və Ukrayna istisna olmaqla, inkişaf etməkdə olan Avropa ölkələrinin iqtisadiyyatlarında ÜDM artımının 2023-cü ildə 4,4 faizdən 1,1 faizə düşəcəyini, daha sonra 2024-cü ildə 3 faizə yüksələcəyini diqqətə çatdırıb.

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər