BAKU Azərbaycan
°C

Vasif Talıbovun Naxçıvan Ali Məclisinin sədri postundan istefa verməsinin üstündən 4 aya yaxın vaxt keçsə də, onun personasına olan maraq azalmayıb. 

Mətbuat vaxtaşırı sabiq sədr və ailə üzvləri ilə bağlı maraqlı məlumatlar yayır. Talıbovlar öz davranışları ilə əvvəllər olduğu kimi  yenə insanları təəccübləndirməyi bacarırlar.

Yenisabah.az Vasif Talıbovun Dövlət Miqrasiya Xidmətində idarə rəisi vəzifəsində çalışan oğlu Rza Talıbov haqda maraqlı məlumatlar əldə edib. 

Xatırladaq ki, atası, qardaşı, əmisi, hətta nənəsi vəzifəsini itirsə də, oğul Talıbov postunu qoruya bildi. Hazırda o, əvvəllər olduğu kimi yenə Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş İdarəsinin rəisi vəzifəsində çalışır. 

Məlumatlı şəxs “Yeni Sabah”a maraqlı fakt açıqlayıb. Onun sözlərinə görə, Rza Talıbov artıq bir neçə ildir ki, işə nadir hallarda gedir. O, iş gününü adətən Bakının Nərimanov rayonunda yerləşən və atasına məxsus olan “Divan” otelində keçirir. O, hətta səhər, nahar və şam yeməyini də otelin restoranında yeyir. 

Mənbə deyib ki, “Divan” otelində Rza Talıbova məxsus geniş iş otağı var. O, vəzifəsinin icrasını oteldəki kabinetindən həyata keçirir. Maraqlısı isə odur ki, general Talıbov tabeliyində çalışan şəxsləri, yəni Vətəndaşlıq Məsələləri Baş İdarəsinin əməkdaşlarını da oteldə qəbul edir. Hətta idarə rəisinin qəbuluna düşmək istəyən vətəndaşlar belə “Divan”da görüşməli olurlar. 

Məlumatlı şəxs onu da qeyd edib ki, hazırda Rza Talıbovun vəzifəsinin icrası formal xarakter daşıyır. O, işdən ayrılmaq üçün yazdığı ərizənin qəbul edilməsini səbrsizliklə gözləyir. 

Son xəbərlər

Azərbaycanda polis bu qızı axtarır -FOTO

İmtahana gedən vətəndaşlar belə adadılır - Ekspertdən ÇAĞIRIŞ

Nigar Camalın qızı çempion oldu

Kanada Rusiyaya qarşı sanksiyaları genişləndirib

İxtisas imtahanlarında iştirak üçün ödənişin məbləği müəyyən edilib

"Bu, müharibədə birbaşa iştirak deməkdir" - Boris Pistorius

Avtoxuliqanlıq edən sürücü həbs edildi - FOTO

Bakıya gələn əcnəbiləri ABŞ-yə aparmaq adı ilə ALDATDI - FOTO 

Azərbaycanın ən böyük heyvandarlıq rayonları hansılardır? - ADLAR

Ceyhun Bayramovla Əli Baqeri Kani arasında telefon danışığı OLDU

Milli Məclisin növbəti plenar iclasının gündəliyi AÇIQLANDI

Allahşükür Paşazadə İranın Azərbaycandakı səfirliyində OLDU

Məşhur aktrisa sevgilisindən AYRILDI - FOTO

5 mayda keçirilən imtahanların nəticələri AÇIQLANDI 

İranın Dini Ekspertlər Şurasına yeni sədr SEÇİLDİ

Bu qida "Viagra"dan daha TƏSİRLİDİR - Həftədə ən azı...

İran lideri mərhum prezident Rəisinin cənazəsi üzərində dua oxuyacaq

Əli Əsədovdan qərar - MÜHÜM DƏYİŞİKLİK

Mehriban Əliyeva cüdoçu Hidayət Heydərovu TƏBRİK ETDİ

Tərtərdə heyvan otaran şəxs minaya düşərək ÖLDÜ

Bütün xəbərlər