BAKU Azərbaycan
°C

Macarıstanın “MOL Group” şirkətinə məxsus olan “Slovnaft” neft emalı zavodu (NEZ) tezliklə “Azeri Light” markalı neftin emalına başlayacaq.

“Trend”ə bu barədə “Slovnaft”dan deyiblər.

Qeyd edək ki, “MOL Group” bu yaxınlarda tarixdə ilk dəfə olaraq Azərbaycanın “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan Azərbaycan neftini özünün Slovakiyadakı neft emalı zavoduna nəql edib.

“Xam “Azeri Light” neftini NEZ-də mayın əvvəlində emal etməyi planlaşdırırıq”, - deyə “Slovnaft”dan bildiriblər.

Zavoddan deyilənə görə, AÇG-dən neftin nəqli birdəfəlik olub, lakin bunu müntəzəm etmək mümkündür.

“Artıq qərar verə bilərik ki, AÇG yatağında hasil olunan xam neft payımızı sataq və ya onu neft emalı zavodumuza nəql edək. Bu da Slovakiyada, həmçinin regionumuzda tədarüklərin etibarlılığını artırır”, - deyə “Slovnaft”dan bildiriblər.

Qeyd edək ki, “MOL” “Azəri-Çıraq-Günəşli” blokunda səhmlərin 9,57%-nə sahibdir.

bp-nin məlumatlarına əsasən, 2022-ci il üçün AÇG-dən ümumi hasilat – “Çıraq” (25 200), “Mərkəzi Azəri” (104 100), “Qərbi Azəri” (106 400), “Şərqi Azəri” (64 000), “Dərinsulu Günəşli” (76 300) və “Qərbi Çıraq” (39 400) platformalarından birlikdə - gündə orta hesabla 415 400 barel və ya ümumilikdə təxminən 152 milyon barel, yəni 20 milyon ton olub.

AÇG-də iştirak payları aşağıdakı kimidir: bp - 30,37%; SOCAR - 25,00%; MOL - 9,57%; INPEX - 9,31%; “Equinor” - 7,27%; “ExxonMobil” - 6,79%; TPAO - 5,73%; ITOCHU - 3,65% və “ONGC Videsh Limited” (OVL) - 2,31%.

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər