BAKU Azərbaycan
°C

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sertifikatlaşdırma xidmətləri göstərən “Azunisert” MMC-ni cəzalandırıb.

Gundem.az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, araşdırmalar zamanı müəyyən edilib ki, şirkət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzinin ona verdiyi icazə sənədindən (akkreditasiya attestatından) istifadə edərək qanunvericiliyin tələblərini pozub, akkreditasiya sahəsindən kənara çıxaraq müxtəlif sahibkarlıq subyektlərinə qanunsuz uyğunluq sertifikatları təqdim edib. Bu fakt sahibkarlıq subyektlərinin və istehlakçıların qanunla müəyyən edilən hüquq və mənafelərinin pozulmasına, habelə onların çaşdırılmasına səbəb ola bilər.

"Azunisert" uyğunluq sertifikatlarının ləğvi barədə müvafiq yazılı göstərişləri yerinə yetirməyib. Qanunvericiliyin tələblərinə uyğun olaraq Dövlət Xidməti şirkət barədə ayrı-ayrı qanun pozuntuları üzrə inzibati xəta haqqında protokollar tərtib edib və aidiyyəti üzrə baxılması üçün məhkəmə orqanlarına göndərib. Məhkəmə Dövlət Xidmətinin hərəkətlərini qanuni hesab edib və “Azunisert” hüquqi şəxs qismində inzibati cərimə edilib.

Eyni zamanda, Azərbaycan Akkreditasiya Mərkəzinin apardığı illik qiymətləndirmə çərçivəsində “Azunisert”n sertifikatlaşdırma sahəsində fəaliyyətinin akkreditasiya haqqında qanunvericiliyin tələblərinə uyğun olmadığı müəyyən edilib. Dövlət Xidmətinin təqdimatı əsasında şirkətin sertifikatlaşdırma sahəsindəki akkreditasiyasının dayandırılması barədə qərar qəbul edilib.

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər