BAKU Azərbaycan
°C

Bu gün BQXK nümayəndələri Ermənistanda əsir götürülən Azərbaycan Ordusunun əsgərlərinə baş çəkiblər.

İrəvanda keçirilən görüş zamanı hərbçilərə ailələri ilə Qızıl Xaç Məktubu vasitəsilə əlaqə yaratmaq imkanı verilib.

"Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir, onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nin prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır", - BQXK-nin yaydığı məlumatda deyilir.

Modern.az-ın əməkdaşı əsir hərbçilərin ailələri ilə əlaqə saxlayaraq, BQXK tərəfindən onlara hansı məlumatların çatdırıldığını öyrənməyə çalışıb.

Əsgər Hüseyn Axundovun anası Şəlalə Axundova bildirib ki, hələlik oğlundan məktub almayıb:

“Mənə oğlumla görüşdüklərini bildirdilər. Hüseyn məktub yazıb, amma onun məktubu hələ bizə verilməyib. Əsirlərin vəziyyəti ilə bağlı yaxın zamanda məlumat verəcəklərini qeyd etdilər. Oğluma görə çox narahatam".

Əsgər Aqşin Bəbirovun anası Dürdanə Bəbirova yazılan məktuba inanmadığını söyləyib:

“Nümayəndə heyəti oğlumla görüşüb. Dedilər ki, yaxın günlərdə sizə oğlunuzla bağlı məlumat verəcəyik, amma onların sağlıq durumu haqda heç nə demədilər. Aqşinin bizə məktub yazdığını bildirdilər. Mən məktuba inanmıram. Şərait yaradılsın, oğlumla görüntülü danışım. Bunun üçün bir çox yerə müraciət etmişəm".

Son xəbərlər

İranda prezident seçkilərinin tarixi TƏSDİQLƏNDİ

Dövlət Agentliyi üzrə alınması tələb olunmayan icazələrin siyahısı TƏSDİQ EDİLDİ

Paşinyan ABŞ kəşfiyyat idarəsinin direktor müavini ilə GÖRÜŞDÜ

Toni Kroos karyerasını başa vurur

Yağış intensivləşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Xalq artistinin xanımı xəstəxanaya YERLƏŞDİRİLDİ: Durumu ağırdır - FOTO

Həssas, təmkinli, intellektual... - Ən mərhəmətli BÜRCLƏR

Qızılın qiyməti 80 dollara ÇATIR

Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ

Azərbaycanda maaşlar 100 manata qədər ARTDI

Məhkəmə Əziz Orucov barədə QƏRAR VERDİ

Emmanuel Makron Yeni Kaledoniyaya SƏFƏR EDƏCƏK

Rusiya və Özbəkistan prezidentləri Putinin Daşkəndə gözlənilən səfərini MÜZAKİRƏ ETDİLƏR

İlham Əliyev: "Rəisi ilə son görüşdə önəmli qərarlar qəbul edilib"

Tayvan ətrafında GƏRGİNLİK ARTIR: "Çin liderinin əsas hədəfi..." - AÇIQLAMA

Prezident İran səfirliyində oldu - YENİLƏND

Milli Məclisin iclası BAŞA ÇATIB - YENİLƏNİB

"Gürcüstanla da Qazax və Zaqataladan yollar açılmalıdır" - Milli Məclisdə TƏKLİF

17 yaşlı reper özünü güllələdi - FOTO

Ermənistan Rusiyanı silah öhdəliyini yerinə yetirməməkdə GÜNAHLANDIRDI

Bütün xəbərlər