BAKU Azərbaycan
°C

"Məlum olduğu kimi, cari ilin fevral ayının 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilmiş görüşdə UNESCO-nun Azərbaycana və Ermənistana ayrı-ayrı missiyalarının göndərilməsinə dair razılıq əldə olunub".

Gundem.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin UNESCO missiyalarının bölgəyə səfərinə dair şərhində qeyd olunub.

"Lakin Ermənistan Xarici İşlər Nazirliyi UNESCO missiyalarının Azərbaycana və Ermənistana səfərləri ilə bağlı əldə olunmuş razılığı təhrif etməyə çalışır. Ermənistan XİN-in bu dövlətin üzərinə götürdüyü öhdəliklərindən növbəti dəfə yayınmaq cəhdini qınayırıq.

Azərbaycan Respublikasına həyata keçirilməsi nəzərdə tutulan UNESCO texniki missiyasına gəldikdə, Azərbaycan tərəfi ilk gündən bu missiyanın həyata keçirilməsini alqışlayıb və qısa müddət ərzində missiyanın baş tutması üçün bütün hazırlıq işləri Azərbaycan və UNESCO arasında ikitərəfli formatda razılaşdırılıb.

Azərbaycan Respublikası bu missiyanın həyata keçirilməsi üçün 20 ildən artıq bir müddət ərzində israrlı şəkildə UNESCO-ya müxtəlif çağırışlar edib, bununla bağlı çoxsaylı məktublar ünvanlayıb. Təəssüflər olsun ki, belə bir missiya həyata keçirilməyib və bunun yeganə səbəbkarı Ermənistan olub. UNESCO təşkilat olaraq, özü də bu faktı 2005-ci il tarixli hesabatında qeyd edib. Belə ki, UNESCO Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında olduğunu vurğulayaraq, səfərin məhz Ermənistan tərəfindən qarşısının alındığını etiraf edib.

UNESCO-nun Ermənistana missiyasına gəldikdə isə, Azərbaycan tərəfi dəfələrlə Ermənistanda Azərbaycan xalqına məxsus mədəni irsin dağıdılması faktlarını UNESCO və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Ölkəmizin QHT-ləri bu yaxınlarda həmin dağıntılara dair ətraflı məlumatı UNESCO-ya təqdim edib. Bu dağıntılara dair məlumatlarda fotoşəkillər və digər sübutlar öz əksini tapıb.

Hesab edirik ki, Azərbaycan tərəfinin UNESCO-ya təqdim etdiyi faktların araşdırılması məqsədilə Ermənistana missiyanın göndərilməsi zəruridir. Ümid edirik ki, Ermənistan keçmişdə işğal altında saxladığı ərazilərə beynəlxalq missiyanın səfərlərinin qarşısının almaq siyasətindən fərqli olaraq, bu dəfə missiyanın təşkilinə şərait yaradacaq", - şərhdə bildirilib.

Son xəbərlər

Ermənilərin törətdiyi Sumqayıt hadisələri təxribatından 36 il ötür

Günün qoroskopu: Təmaslarla əlaqələrdə səlis, diqqətli olun

Qvardiola “Qarabağ”ın rəqibinin baş məşqçisi barədə: “Fantastik işlər görür”

Dünyanın ən bahalı TOYLARI

Bakıda avtomobil marketin şüşəsinə çırpıldı

Nəşi Almaniyada yandırıldığı bildirilən həmyerlimizin anası danışdı - VİDEO

"Türkan incəsənətin FACİƏSİDİR" - Əməkdar artistə görün nə dedi

Ebru Gündeşin toyundan VİDEO

“Liverpul” tarixində üçüncü baş məşqçidir

Avtomobilinizin təkərlərinin altına plastik torba qoyun – SƏBƏB

Paşinyana bu ölkədə qızıl medal verdilər

İmişlidə qanunsuz ov edən şəxs saxlanıldı

Dünyanın ən bahalı kokteylləri – Təəccüblənəcəksiniz

“Mənə dedi ki, sosial şəbəkələrdə şəkil üçün oynayıram”

Mehriban: "”Kasıb, valideynləri nitq qüsurludur” deyib, qonşu qoymadı məni alsınlar" - VİDEO

Lüks avtomobilin üstündə silahla poza verdi, evində manat tapıldı - VİDEO

Nazirlərin görüşü: Makron yenə hər şeyi sıfırlayacaq

Məşhur aktrisa dünyasını dəyişdi

Maqnit qasırğaları kimlərə təsir edir?

Rusiya ilə savaş başlasa, bu regionu məhv edəcəyik - Litva

Bütün xəbərlər