BAKU Azərbaycan
°C

Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti məsuliyyət zonasında separatçı etnik ermənilərin başçısı Arayik Arutunyan Moskavaya gedib.

Sözügedən səfərlə bağlı Gundem.az-a danışan politoloq Məhəmməd Əsədullazadə Arutunyanın Rusiya rəsmiləri tərəfindən çağırılıdığını deyib:

“Rusiya rəhbərliyinin bu tip separtçıları Moskvada qəbul edib, təlimatlar verməsi birinci dəfə deyil. Abxaziya, Cənubi Osetiya separtçılarının başçılarını Moskva daim qəbul edib. Fikir versək, prezident İlham Əliyevin Ukraynaya səfəri, Şuşa Bəyannaməsinin Azərbaycan və Türkiyə parlamentləri tərəfindən təsdiqlənməsi, Azərbaycanın Avropa İttifaqı ilə enerji məsələsində razılığa gəlməsi Moskvada soyuq duş effekti yaradır. Qeyd edim ki, ötən gün Belarus prezidenti A. Lukaşenkonun ittifaq dövləti haqqında danışaraq Azərbaycanın bu ittifaqda çətin yer alcağını vurğulaması Moskvada rəsmi Bakının siyasətinin narahatlıqla qarşılandığı görünür. Bundan əlavə, GUAM-ın effektli fəaliyyətə keçəcəyi də razılaşdırılıb”. 

Politoloq hesab edir ki, bu üzdən də Kreml separatçıların əli ilə Qarabağda yeni oyunlar çevirmək niyyətindədir: 

“Məhz Azərbaycanın mülki maşınlarının "erməni polisi" tərəfindən yoxlanılması, separtçıların mütəmadi olaraq atəşkəsi pozması analoji təzyiq siyasətidir. İndi də Arayik Arutunyan Moskvaya çağırılıb. Təbii ki, Arayikin Moskva səfərinə başqa bir don geyindirilir”. 

Politoloq Arutunyanın erməni iş adamları ilə görüşərək Qarabağa investisiyaya cəlb etdiyini də deyib:

“A. Arutunyan burada erməni iş adamları ilə görüşüb Qarabağa investiya yatırması üçün danışıqlar aparır. Müharibədən sonra Qarabağda ermənilərin yaşadığı ərazilərə artıq erməni biznesmenləri vəsait ayırmır. Ona görə də Moskvanın taprşırığı ilə Rusiya erməni iş adamları etnik ermənilərin yaşadığı ərazilərə yatırım qoyması planlaşdırılır. Rusiya Qarabağ siyasətində digər alternativlərə əl atır. Moskva səfəridə Azərbaycana qarşı yönəlib. A. Arutunyanın belə səfərlərinin qarşısı alınmalıdır. Azərbaycan Rusiyanın bu siyasətinin qarşısını alması istiqamətində Türkiyə ilə birgə işi davam etdirəcək. Moskvanın bu siyasəti uğurlu olmayacaq”. 

Əzizə Zeynal

Son xəbərlər

Sabah Bakıda leysan olacaq

Elnur Nağdəliyev direktor təyin olundu

Xırdalanda 64 yaşlı qadın 47 yaşlı kişini polisə verdi

DYP bu sürücülərə MÜRACİƏT ETDİ

20 gündür itkin düşmüş şəxsin meyiti tapıldı

Azərbaycanda generala hökm oxundu - 143 milyonluq mənimsəmə

Pənah Bəkirov vəfat etdi - FOTO

​“WhatsApp” bu problemi həll etdi -Yeni söhbət funksiyası istifadəyə verildi

Müxalifət Makronu istefaya çağırdı

Gürcüstanda etiraz aksiyaları yenidən alovlandı

Vəzifəli şəxsin meyiti tapıldı - FOTO

“Qalatasaray”ın keçmiş ulduzu 45 yaşında karyerasını bitirdi

Zeynəb Xanlarovanın yeni görüntüləri - VİDEO

Tələbə qəfil öldü - FOTO

Samuxda 18 yaşlı qız faciəvi şəkildə öldü

Sağlam qalmaq istəyirsinizsə, hər gün yeyin

Bakıdan Sumqayıta gedənlərin nəzərinə!

Azərbaycanda 16 illik hotel bağlandı

Renat Dadaşovdan xoş xəbər

Sabah bu 2 bürcü uğur gözləyir

Bütün xəbərlər