BAKU Azərbaycan
°C

Xəbər verdiyimiz kimi, aprelin 29-da Sumqayıtda azyaşlı oğlan idman məktəbində aldığı xəsarət səbəbindən vəfat edib. 2016-cı il təvəllüdlü Fərid Bakarov Avropa oyunlarının bürünc mükafatçısı, tanınmış idmançı Mehman Xəlilovun keçirdiyi sambo məşqləri zamanı ağır xəsarət alıb.

Belə ki, M.Xəlilov azyaşlıya qarşı təhlükəli fənd işlədib və 7 yaşlı Fəridin başı bədəninin altında qalması səbəbindən boyunu qırılıb.

Gundem.az  “qafqazinfo”ya istinadən xəbər verir ki, hadisənin təsadüf nəticəsində baş verdiyi deyilsə də, Mehman Xəlilovun uşağın ölümünə səbəb olan məşqindən yayılan görüntülər tamam başqa bir fikir formalaşdırır.

Bu görüntülər çox ağırdır və həssas oxucularımızın da olduğunu nəzərə alaraq onu təqdim etməyi məqsədəmüvafiq hesab etmirik.

Görüntülərdən açıq-aşkar aydın olur ki, Mehman Xəlilov təkcə Fərid Bakarova qarşı yox, məşqdə iştirak edən digər azyaşlı uşaqlara da xüsusi qəddarlıqla davranıb. Onları saçından, başından, qulağından tutaraq ayağa, havaya qaldırır. Bundan başqa, özünə məşqçi deyən şəxs azyaşlıların sağlamlığına xəsarət yetirə biləcəyini düşünmədən onlara təpiklə zərbə vurmaqdan da çəkinmir.

Videodan gəlinən nəticə budur ki, azyaşlı Fərid elə bu kobud davranışın nəticəsində həyatını itirib. Məşqçisi uşağın qulağından tutaraq təxminən yarım metr havaya qaldırıb, daha sonra onun boyununa fənd işlədib və Fərid bundan sonra yerə yıxılıb. Uşağın narahatlığının fərqində olmayan məqşçi isə onu yerdə təpikləyib. Bundan sonra azyaşlı uşaq Sumqayıt Şəhər Uşaq Xəstəxanasına çatdırılsa da, orada vəfat edib.

Qeyd edək ki, sağlamlığı ön plana çıxaran idman prinsiplərinə əsasən, məşq prosesində azyaşlı uşaqlara qarşı daha həssas davranılmalıdır, onların üzərində mürəkkəb fəndlərin göstərilməsi yolverilməzdir. Həmçinin, məşqlərə yeni başlayan uşaqlara ilk növbədə təhlükəsiz yıxılmalar öyrədilir və yalnız bir neçə aydan sonra müvafiq sadə fəndlərin öyrədilməsinə başlanılır. Uşaqların sağlamlığına xəsarət yetirə biləcək fəndlərin tətbiqi isə qadağandır!

Qeyd edək ki, Mehman Xəlilov hadisədən sonra saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Son xəbərlər

Azərbaycanda taksidən istifadə edənlərin sayı ARTIB

Aleksandr Lukaşenko Bakıda şəhidlərin xatirəsini ANDI

Mətanət İsgəndərliyə AĞIR İTKİ

Valiyə Şuşa ilə bağlı hədiyə təqdim olundu - FOTOLAR

Bakı-İrəvan arasında RAZILAŞMA: Hansı üstünlüklər var? - AÇIQLAMA 

Azərbaycan və Ermənistan parlament sədrləri arasında görüş OLDU

Belarus Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarını ZİYARƏT ETDİ

“Ürəyim sıxılır” deyənlərin DİQQƏTİNƏ! - "Sağalmaq üçün..."

Latviya Parlamentinin spikeri Azərbaycana GƏLİR

Baş prokuror Düşənbəyə işgüzar səfərə GETDİ

Nazirlikdən sabahla bağlı SARI XƏBƏRDARLIQ! - Ölkə ərazisində...

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış OLDULAR

Belarus Azərbaycana birgə əczaçılıq müəssisələri yaratmağı TƏKLİF ETDİ

Lukaşenko: "Belarus və Azərbaycan sənaye sahəsində əməkdaşlığı əhəmiyyətli dərəcədə genişləndirməyə hazırdır"

Aleksandr Lukaşenko: "Azad edilən ərazilərdə dirçəliş dövrü başlayıb"

Prezident: "Azərbaycanla Belarus arasında kreativ tərəfdaşlığı çox yüksək qiymətləndiririk"

İki qardaş 25 milyon dollarlıq OĞURLUQ ETDİ

İlham Əliyev: "Azad edilmiş ərazilərin bərpasında Belarus şirkətlərinin iştirakına şad olardıq"

Aleksandr Lukaşenko: "Azərbaycan son illərdə böyük uğurlara nail olub"

Slovakiyanın Baş nazirinə hücum edəni hansı cəza gözləyir?

Bütün xəbərlər