BAKU Azərbaycan
°C

Ölkə ərazisində satışda olan düyü məhsullarının saxtalaşdırılması, keyfiyyət və təhlükəsizlik göstəricilərinin normativ sənədlərin tələblərinə uyğun olmaması barədə kütləvi informasiya vasitələrində yayılan məlumatlar və Qida Təhlükəsizliyi Agentliyinə daxil olan müraciətlər əsasında monitorinqlər aparılıb.

AQTA-dan verilən məlumata görə, qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi və istehlakçıların aldadılmasının qarşısının alınması məqsədilə cari ilin mart ayının 15-dən həyata keçirilən monitorinqlər çərçivəsində ticarət şəbəkələrindən, ümumilikdə 25 nümunə götürülüb və müayinə məqsədilə laboratoriyaya təqdim olunub. 4-ü yerli, 21-i idxal edilən məhsul olmaqla, götürülmüş nümunələr bitki geninin (mənşəyinin), nəmliyin və nişastanın təyini üzrə laborator müayinələrə cəlb edilib. Nümunələrin sınaq nəticəsinə əsasən, məhsullar qida sahəsində normativ sənədin tələblərinə cavab verib.

Agentlik bəyan edir ki, sosial mediada satışda guya saxta (süni) düyülərin olması barədə yayılan iddialar əsassızdır. Son monitorinqlərin və aparılan laborator müayinələrin nəticəsi göstərir ki, dövriyyədə olan düyü məhsulları təbii mənşəlidir. Bununla belə, istehlakçılar qida məhsullarının minimum keyfiyyət və təhlükəsizlik göstəriciləri ilə bağlı şübhələri olarsa, bu barədə AQTA-nın “1003-Çağrı Mərkəzi”nə zəng edərək məlumat verə bilərlər.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaq.

Son xəbərlər

Hamiləlik zamanı stressə məruz qalmağın FƏSADLARI - Məlum olub ki...

Polşa ukraynalıların qəbulunu DAYANDIRDI: "Məcbur deyilik!"

ABŞ Nigeriyadan qoşunlarını çıxarmağa başladı

İş yerlərinin 80 faizi Bakıda açılıb – RƏQƏMLƏR

Cavanşir körpüsü sökülür, nəqliyyatın hərəkəti MƏHDUDLAŞDIRILDI

Günəşdə partlayışlar bu tarixdə maksimuma ÇATACAQ

Azərbaycanda olan işsizlərin sayı AÇIQLANDI

Siyasi liderlərin həlak olduğu QƏZALAR - XRONOLOGİYA

Putin müdafiə nazirinə yeni müavin təyin etdi

İtaliya Azərbaycana yeni səfir TƏYİN ETDİ

Ərdoğan Nazirlər Kabinetini topladı

Mincivan qəsəbəsinə köçürüləcək sakinlərin sayı AÇIQLANDI

51 yaşlı qadını döyüb telefonunu əlindən aldı - FOTO 

“iPhone”un ən bahalı və ən nazik modeli TƏQDİM EDİLƏCƏK

Qayınanası ilə evləndi və toy xərclərini qayınatası ödədi 

“Yaralı” qanadlar: İranda son illərin aviasiya qəzaları – DOSYE

BMT iclasa sükutla başladı -  Rusiyanın xahişi ilə...

İranın xarici işlər nazirinin CƏSƏDİ TAPILDI - FOTO 

Talıb Taledən Zeynəblə bağlı AÇIQLAMA: "İlk gündən onu..."

Qarabağda yeni idarə yaradıldı

Bütün xəbərlər