BAKU Azərbaycan
°C

Azərbaycan Baş naziri Əli Əsədov iyunun 9-da Rusiya Federasiyasının Soçi şəhərində III Avrasiya Konqresinin plenar iclasında qonaq qismində iştirak edib.

Ə.Əsədov vurğulayıb ki, hazırkı mərhələdə bəşəriyyətin qarşılaşdığı iqlim dəyişikliyi, qlobal istiləşmə, logistika zəncirlərinin pozulması, istehsal resurslarının və nəqliyyat tariflərinin bahalaşması kimi təhdidlər fonunda ərzaq təhlükəsizliyinin təmin olunmasının vacibliyi dünyanın bütün ölkələri üçün görünməmiş səviyyəyə çatıb.   

Diqqətə çatdırılıb ki, bununla əlaqədar ölkə əhalisinin ərzaq məhsulları ilə etibarlı təminatı Azərbaycan Prezidenti tərəfindən iqtisadi siyasətin əsas istiqamətlərindən biri kimi müəyyən olunub.

Baş nazirin sözlərinə görə, 2023-cü ildə dövlət büdcəsində ərzaq təhlükəsizliyinin təminatına ayrılan xərclər təxminən 40 faiz artırılıb. Plenar iclasın iştirakçıları Azərbaycanda inflyasiyaya qarşı görülən tədbirlər barədə də məlumatlandırılıb.

“Nazirlər Kabineti inflyasiyanın işgüzar fəallığa və əhalinin sosial rifahına təsirlərini minimallaşdırmaq məqsədilə ötən ilin fevralında “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” Sərəncam verib”, - deyə Ə.Əsədov vurğulayıb.

Baş nazir Azərbaycanda aqrar sektorun inkişafına istiqamətində həyata keçirilən irimiqyaslı Dövlət proqramlarından da söhbət açıb. Qeyd olunub ki, əsasən kənd təsərrüfatı məhsullarının istehsalının həcminin  artırılması üzrə işlər görülür, aqrar sektora dövlət dəstəyi sistemi təkmilləşdirilir. Görülən işlər nəticəsində Azərbaycanda 2022-ci ildə kənd təsərrüfatı istehsalının həcmi 3,4 faiz artıb. Cari ilin yanvar-aprel ayında isə kənd təsərrüfatı məhsullarının istehsalı 3,5 faiz artıb.

“Aqrar sənaye kompleksi məhsullarının həm əkini, həm də yığımını əhatə edən fermerlərə müxtəlif subsidiyaların verilməsi mexanizmi səmərəli işləyir”, - deyə Ə.Əsədov bildirib.

Vurğulanıb ki, əsas ərzaq mallarının ehtiyatlarının yaradılması istiqamətində də ciddi iş aparılır və bunun nəticəsində hökumət əhalini zəruri ərzaq məhsulları ilə təmin etməyə nail olub.

Qeyd olunub ki, dövlət başçısının tapşırığı ilə 2022-ci ilin iyul ayında Nazirlər Kabineti buğda ilə özünü təminetmə səviyyəsinin artırılması və yerli istehsalçılara dövlət dəstəyinin göstərilməsi ilə əlaqədar sərəncam verib.

Vurğulanıb ki, Dövlət Taxıl Fondu ehtiyatlarının artırılması və ərzaq təminatının formalaşdırılması üzrə paralel tədbirlər görülür:

“Məhz bu məqsədlə 2021-ci ilin oktyabrında Azərbaycan Prezidenti tərəfindən Dövlət Ehtiyatları Agentliyi yaradılıb. Cari ilin yanvarında Hökumət Dövlət Taxıl Fondunun ehtiyatları üçün idxal olunan taxıl və taxılın emalı məhsullarını gömrük rüsumundan azad edib”.

Baş nazir bildirib ki, Azərbaycan ərzaq təhlükəsizliyinin təmin olunmasına kömək məqsədilə bundan sonra da Avrasiya İqtisadi Birliyinin tərəfdaş üzvləri ilə əməkdaşlığı genişləndirməyə, öz təcrübəsini bölüşməyə hazırdır.

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər