BAKU Azərbaycan
°C

SP Global Ratings” beynəlxalq reytinq agentliyi 2023-cü il üzrə Azərbaycanda inflyasiyanın 12% təşkil edəcəyini proqnozlaşdırıb.

"APA-Economics" xəbər verir ki, bu proqnoz “SP Global Ratings” beynəlxalq reytinq agentliyinin Azərbaycan üzrə hesabatında yer alıb.

"Əksər inkişaf etməkdə olan və inkişaf etmiş iqtisadiyyatlar kimi, Azərbaycanda inflyasiya 2015-ci ildə manatın devalvasiyasından sonra qiymətlərin əhəmiyyətli dərəcədə artdığı 2016-2017-ci illər ərzindəki səviyyələri aşaraq proqnozlarımızı üstələməkdə davam edib. Hazırkı qiymət təzyiqləri pandemiyadan sonra yenidən açılma, ərzaq qiymətlərindəki inflyasiya və Azərbaycan xaricdən geniş çeşiddə mallar idxal etdiyindən və xarici inflyasiya prosesləri ona əhəmiyyətli dərəcədə təsir etdiyindən qlobal tendensiyaların təsiri ilə şərtlənir. İndi biz inflyasiyanın 2022-ci ildə demək olar ki, 14%-dən 2023-cü ildə orta hesabla 12% təşkil edəcəyini proqnozlaşdırırıq"- SP qeyd edib.

Reytinq agentliyi əlavə edib ki, Azərbaycan Mərkəzi Bankı inflyasiya təzyiqlərini azaltmaq üçün buna cavab olaraq pul siyasətini tədricən sərtləşdirir. Bu baxımdan “SP Global Ratings” Azərbaycanda inflyasiyanın 2025-ci ilə qədər tədricən 5%-ə enəcəyini proqnozlaşdırıb.

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər