Cəmiyyət
28.12.2021 / 19:03
545
Səhiyyə nazirindən hamilə və süd verən qadınlara TÖVSİYƏ
Azərbaycanda hamilə və südəmər qadınlara vaksin vurulması tövsiyə olunur.
Gundem.az xəbər verir ki, bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən Teymur Musayev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
Onun sözlərinə görə, ölkədə nadir hallarda hamilələr könüllü şəkildə koronavirus əleyhinə vaksin vurdururlar: “Yəni hamilələr arasında vaksinasiya halı elə də çox yayılmayıb. Artıq çəkisi, xroniki xəstəliyi olan hamilələr mütləq vaksinasiyadan keçməlidirlər. Bu, ümumdünya praktikasıdır və heç nədən qorxmaq lazım deyil. Virusa yoluxan hamilələr xüsusi şəraitdə müalicə alırlar”.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay