12.06.2023 / 12:34
165
“İki qurumun proqnozları arasındakı fərq normaldır”
“İqtisadiyyat Nazirliyinin verdiyi proqnozlar orta illik inflyasiyanın göstəricisidir. Mərkəzi Bank isə illik inflyasiya proqnozları verir. Bu isə keçən ilin istehlak səbəti ilə bu ilin istehlak səbətinin müqayisəsidir”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib.
Sədr qeyd edib ki, buna görə iki qurumun proqnozları arasında fərq var və bu, çox normaldır:
“Mərkəzi Bank bu aydan ildə 4 dəfə (rüblük) ÜDM, qeyri-neft üzrə ÜDM, makroiqtisadi göstəriciləri proqnozlaşdıraraq ictimaiyyətə açıqlayacaq. Bu, beynəlxalq bir praktikadır”.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay