BAKU Azərbaycan
°C

1992-ci ildə fəaliyyətə başlayan, Azərbaycan bank sektorunda dayanıqlılığı ilə seçilən, müştərilərin inam və rəğbətini qazanan, biznesdə etibarlı tərəfdaş imicini qoruyub saxlayan TuranBank bu illər ərzində geniş inkişaf yolu keçərək ölkənin ən böyük maliyyə qurumlarından birinə çevrilib. 

Gundem.az xəbər verir ki, fəaliyyətinin 31-ci ilini qeyd edən Bank bu illər ərzində bir çox uğurlara imza atmış, xüsusilə kiçik və orta sahibkarlara dəstək olmaqla ölkədə özəl sektorun inkişafına öz töhfəsini vermiş, rəqəmsal bankçılığın yaratdığı imkanlardan maksimum faydalanmaqla müştərilərin bank xidmətlərindən daha rahat, operativ və təhlükəsiz istifadəsini təmin edib.  Fəaliyyətində peşəkarlıq, etibarlılıq və yüksək korporativ mədəniyyət meyarlarını rəhbər tutan TuranBank bu illər ərzində öz maliyyə sabitliyini qoruyub saxlamış, biznes subyektlərinin maliyyələşməsi sahəsində öz mövqeyini daha da gücləndirmişdir. Həmçinin, 800-ə yaxın əməkdaşı ilə 19 satış nöqtəsində 150 mindən çox əhali və biznes subyektlərini maliyyə xidmət və məhsulları ilə təmin etməklə müştəri bazasını genişləndirməyə müvəffəq olmuş və əldə etdiyi nailiyyətlərə əsaslanaraq qarşıdan gələn dövrlərdə də uğurlarını davam etdirmək əzmindədir.

Fəaliyyət göstərdiyi müddətdə Bank rəqəmsallaşmanın imkanlarından daha çox yararlanmağa çalışaraq xidmət səviyyəsini yüksəltmək məqsədilə mühüm dəyişikliklər həyata keçirmiş və hazırda yenilənmiş İnternet bankçılıq sistemi, bir sıra funksionallıqları ilə daha da təkmilləşdirilmiş Mobil tətbiqi ilə müştərilərinə rahat və məsafədən bank xidmətləri göstərməklə hər dövrün tələbinə uyğun rəqəmsal məhsullar təklif edən yenilikçi bank kimi müştərilərin rəğbətini qazanmışdır. 

"TuranBank" 31 illik fəaliyyəti ərzində daim real sektora dəstək olmuş, sahibkarlıq subyektlərinin maliyyə vəsaitlərinə çıxışını genişləndirərək ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini vermişdir. Ötən illər ərzində  Bank yerli qurumlardan Sahibkarlığın İnkişafı Fondu (SİF), Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA), İpoteka Krediti Zəmanət Fondu (İKZF), həmçinin nüfuzlu beynəlxalq maliyyə təşkilatları olan Beynəlxalq Maliyyə Korporasiyası (İFC), Avropa Yenidənqurma və İnkişaf  Bankı (EBRD), Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB), ECO Ticarət və İnkişaf Bankı (ECO TDB), EMF Mikromaliyyə Fondu, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), Incofin İnvestisiya Fondu, Deutsche Sparkassenstiftung für internationale Kooperation e.V fondu ilə kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi çərçivəsində əməkdaşlıq edərək ölkənin qeyri-neft sektorunun inkişafına ciddi dəstək olmuşdur.

31 illik fəaliyyəti ərzində sosial məsuliyyət prinsipinə sadiq qalan "TuranBank" sosial müdafiəyə xüsusi ehtiyacı olan aztəminatlı ailələrə, özünəməşğulluq proqramı çərçivəsində işsiz şəxslərə, ölkəmizin ərazi bütövlüyünün qorunması və torpaqlarımızın düşmən işğalından azad edilməsində əsl qəhrəmanlıq dastanı yazmış qazi və şəhidlərimizin ailələrinə dəstək olmuşdur. Eyni zamanda, qeyd edilən istiqamətdə olan işlərin davamı olaraq, "YAŞAT" Fondu, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Yardım Fondu və Qarabağ Dirçəliş Fondu ilə də sıx əməkdaşlıq edilmişdir. Təsadüfi deyil ki, Bank ardıcıl 3 ildir ki, Azərbaycan Banklar Assosiasiyası tərəfindən Korporativ Sosial Məsuliyyət layihəsi üzrə mükafata layiq görülür. "TuranBank" bundan sonra da ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar sağlamlığını itirən qazilərimizin və şəhid ailələrinin sosial təminatına dəstəyini davam etdirəcəkdir. 

"TuranBank" adından 31 il ərzində qazanılmış uğurlarda payı olan hər kəsə dərin təşəkkür edir və həyata keçirdiyi hər bir layihədə müştəri və tərəfdaşlarının keyfiyyət gözləntilərini aşacağına əminliyimizi bildiririk.

Çünki adı güvən, imzası etibar yaradır!  
 
"TuranBank"

Bizimlə etibarlıdır... 

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər