BAKU Azərbaycan
°C

“Bu qanunun qəbulu bir günün, bir həftənin qərarı deyil. Bu qanun layihəsinin hazırlanmasına uzun müddətdir ki, hazırlıq aparılır. Eyni zamanda, qanunun qəbul olunmasına dəlalət edən səbəblər var. Bunlar da ölkədə ekoloji təmizlik, vətəndaşlarımızın təhlükəsizliyi və s. məsələlərlə bağlıdır”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib. 

Nazir qeyd edib ki, burada iki qrupda məsləhətçilər çalışır: “Bir qrup Bakıda mobilliyin təmin olunması, digəri isə yeniliyin faydaları barəsində araşdırmalar aparır. Bütün dünya ölkələri şəhərlərinin əkizlərini hazırlayırlar. Taksilərin mobil datalarından yığılan məlumatlar artıq bizim bazada var”.

“Bizim hədəfimiz taksi sayını deyil, taksi sifarişlərinin sayını azaltmaqdır. Taksi gedişlərinin əksəriyyəti 1,5 -3 km ətrafındadır. Bu məsafəni ya ayaqla, ya ictimai nəqliyyatla getmək olar. Hə, “ictimai nəqliyyat varmı?” sualı başqa bir mövzudur. Bizim ictimai nəqliyyatla bağlı kifayət qədər problemlərimiz var. Datalara görə ölkədə təxminən 67 min taksi fəaliyyət göstərir. Onların ortalama iş saatı 14-16 saatdır. Biz düzgün strategiya qursaq, həm iş saatlarını, həm gəlirləri tənzimləməklə onlar öz iş yerlərindən və gəlirlərindən məhrum olmayacaqlar”.

Nazir vurğulayıb ki, birmənalı şəkildə taksi qiymətləri qalxacaq: “Dünyanın heç bir yerində belə taksi qiymətləri yoxdur”.

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər