BAKU Azərbaycan
°C

“44 günlük müharibənin qəfil baş verməsi ilə Qərb özünü məğlub sayır, bölgədən çıxarılması ilə barışmır və hər vəchlə geri dönməyə can atır”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri deputat Zahid Oruc Milli Məclisin iclasında bildirib.

Deputat qeyd edib ki, Avroparlamentdə Laçın yolunu gündəmə çıxaranlar 10 noyabr sənədini tanımadıqları halda 6-cı bənddən-Rusiya sülhməramlarının məntəqəni qorumadığından danışıb özlərini ifşa ediblər:

“Bəli, 30 il o yolu icazəsiz keçənlərin qarşısına indi sədd çəkilib. Beləliklə, Paşinyanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması Qərbin planlarına zərbə vurub. Jozef Borrel 51 dövlətin 100 milyard dollardan artıq yardım etdiyi Ukraynanın anti-Rusiya koalisiyasına Azərbaycanı da qoşmaq istəyir. Ukrayna müharibəsini Qafqazlara qədər uzadıb Rusiya ordusunu bir neçə cəbhəyə parçalamağa çalışırlar. Bir əsr əvvəl bolşevik inqilabı olmasaydı, indi Vudro Vilsonun və Almaniya-Britaniyanın qüvvələri bölgəmizdə hökmranlıq edirdi. Ssenari eynidir:NATO qüvvələrini Gümrüyə gətirsinlər”.

“Göründüyü kimi, Paşinyana Brüssel və Parisdən güclü təzyiqlər var. USAİD, UNİSEF, YUNESKO və digər humanitar təşkilatlar, o cümlədən Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti agentura şəbəkəsinə çevrilib və onların Qarabağa gələn missiyası hərbi-kəşfiyyat planlarını həyata keçirirlər. Dünən bütün erməni informasiya kanallarında Həkəri körpüsü üzərində Azərbaycan bayrağının qaldırılması zamanı ölkəmizin qəhrəman oğulları ilə Rusiya sülhməramlılarının birgə hərəkət etməsinə qarşı genişmiqyaslı qarayaxma kampaniyası aparılırdı. 30-cu ildönümünü yaşadığımız hazırki iyun günlərində bizi Rusiya ilə 90-cı illərdəki kimi toqquşdurmaq istəyirlər. Əliyev-Putin-Ərdoğan arasında münasibətlər Amerika və Avropa Birliyini qəzəbləndirir. Lakin plan işləmir. Dünənki Zəngilan, Laçın və digər sərhəd nöqtələrində təxribatlarla Strasburqdakı, Brüsseldəki siyasi şantaj dolu müzakirələr vahid mərkəzdən idarə olunur. Xalqımız bilir ki, Rusiya-Amerika savaşı Ermənistan-Azərbaycan arasında sülhə imkan vermir. İrəvan və Bakı barış istəyirlərsə, gedib müqaviləni Brüssel, Moskva və Vaşinqtonda deyil, Zəngəzurda imzalasınla”, - deyə Zahid Oruc vurğulayıb.

Son xəbərlər

ABŞ saytı: "Azərbaycanda “azərilər” yox, azərbaycanlılar yaşayır"

Vəzifəli şəxslər cinayət məsuliyyətinə CƏLB EDİLDİ - RƏSMİ

"Vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması əsas məqsədimizdir" - Sahil Babayev

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini QƏBUL ETDİ

Sertifikasiya imtahanlarının vaxtları AÇIQLANDI - Müəllimlərin NƏZƏRİNƏ! 

"Avroviziya"ya bu ölkənin bayrağı ilə giriş QADAĞAN OLUNDU

Bu tarixdən İçərişəhərə giriş MƏHDUDLAŞDIRILACAQ - RƏSMİ

Dünya bazarlarında neft BAHALAŞDI

Qusar  “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirilib

İcra Hakimiyyətində məmurla vətəndaş arasında NƏ BAŞ VERİR?

Bu rayonlarda qaz OLMAYACAQ - XƏBƏRDARLIQ!

Avtoxuliqanlıq edən sürücülər məsuliyyətə cəlb olundu - FOTO

Yüksək faizli depozit kampaniyası davam edir

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda forum keçirilir

Bu məşhur klubun baş məşqçisi İSTEFA VERDİ - FOTO

Hikmət Hacıyev: "YUNESKO bir adamın əlində alətə çevrilməməlidir"

İntihar və ya ruhi xəstəliklər: Hitlerin məşuqələrinin həyatı necə sona çatıb?

Maradonanın övladları futbolçunun qalıqlarının köçürülməsini istəyiblər

Britni Spirs Sem Asgaridən rəsmən boşandı və yenidən “yoxa çıxdı” - FOTO

Xəyallar gerçəkləşir: Məşhur cizgi filmindəki evi kirayələmək mümkün olacaq - VİDEO

Bütün xəbərlər