BAKU Azərbaycan
°C

16 iyun 2023-cü il tarixində Fransanın Avropa və xarici işlər nazirliyinin mətbuat katibi tərəfindən Azərbaycan-Ermənistan sərhəd bölgəsində baş vermiş təxribatlarla əlaqədar bəyanat bölgədəki mövcud vəziyyəti təhrif edir və qərəzlidir.

Gundem.az xəbər verir ki, bu fikirlər Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransanın Avropa və xarici işlər nazirliyinin mətbuat katibi Ann-Kler Lejandrın 16 iyun tarixli bəyanatına dair şərhində əksini tapıb.

"Fransa tərəfinə xatırlatmaq istərdik ki, Azərbaycan beynəlxalq norma və qaydalara uyğun olaraq təsis etdiyi Laçın dövlət sərhədindən buraxılış məntəqəsindən hər iki istiqamətə yüzlərlə erməni sakininin tənzimlənən şəkildə, sərbəst və təhlükəsiz hərəkətini təmin edib. Bu səylərə baxmayaraq, 15 iyun tarixində məhz Ermənistan tərəfindən sərhəd keçid məntəqəsinin atəşə tutulması nəticəsində sərhədçimiz yaralanıb. Hal-hazırda sərhəddən keçid üzrə təhlükəsizlik və istintaq tədbirləri həyata keçirilir.

Ermənistan tərəfindən Laçında qeyd edilən təxribata və digər istiqamətlərdə ərazilərimizin atəşə tutulmasına baxmayaraq, Fransa tərəfinin məsələyə birtərəfli yanaşması təəssüf doğurur.

Bununla yanaşı, Ermənistanın 2021-ci ildə istehsal etdiyi minaları Azərbaycan ərazisində basdırması da daxil olmaqla mülki əhalini mina təhdidinə məruz qoymasına, 30 ilə yaxın işğal dövründə mülki əhalini daim hədəfə almasına, eləcə də güc yolu ilə qovduğu azərbaycanlıların öz yurd-yuvalarına ləyaqətli və təhlükəsiz şəkildə geri dönməsinə bir sıra təxribatları ilə maneçilik törətməsinə Fransa tərəfinin indiyə qədər heç bir reaksiya verməməsi də sual doğuran məqamlardandır.

Ermənistan tərəfi sülh prosesinə mane olan təhrikçi hərəkətlərə son qoymalı, erməni silahlı qüvvələrini tam olaraq Azərbaycan ərazilərindən çıxarmalı, bölgədə maneəsiz kommunikasiyaların bərpa olunması üzrə öhdəliklərini yerinə yetirməlidir.

Azərbaycanın bölgədə sülh, sabitlik və inkişafı təmin etmək, ərazi bütövlüyü və suverenlik kimi beynəlxalq hüquq prinsiplərinə hörmət əsasında Ermənistanla münasibətləri normallaşdırmaq əzmindədir.

Qeyd edilənlər nəzərə alınmaqla, Fransa tərəfini bir daha bu kimi mövqe sərgiləməklə, prosesə maneçilik cəhdlərinə şərait yaratmamağa çağırırıq", - bəyanatda vurğulanıb.

Son xəbərlər

Maradonanın övladları futbolçunun qalıqlarının köçürülməsini istəyiblər

Britni Spirs Sem Asgaridən rəsmən boşandı və yenidən “yoxa çıxdı” - FOTO

Xəyallar gerçəkləşir: Məşhur cizgi filmindəki evi kirayələmək mümkün olacaq - VİDEO

ABŞ-də qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - FOTO

“WhatsApp” iki yeni funksiya təqdim edib - FOTO

Zeynep Bastık sənətçi yoldaşını “ifşa etdi”: Arvadı ilə ayrılmasına səbəb olan qızla fotosunu paylaşdı - FOTO

Kosmik uçuşlar üçün rezervasiyalar başladı - VİDEO

Bakıda bəy gəlini nikah masasında TƏRK ETDİ

Renat Dadaşov baş məşqçisiz qaldı: Volkan Dəmirəl istefa verdi

Ucar sakini: “Həkim yoxdur, xəstəyə baxmırlar” - VİDEO

Konfrans Liqasında sürpriz nəticə: “Olimpiakos” - “Aston Villa” matçında altı qol vuruldu - VİDEO

Bakıda azyaşlı ölümdən son anda xilas oldu - ANBAAN VİDEO

Türkiyə İsraillə ixrac-idxal əməliyyatlarını dayandırıb - YENİLƏNİB

Sumqayıtda çirkab suları evlərə dolur - VİDEO

“Bayer” “Roma”ya qalib gələrək rekordunu yenilədi - VİDEO

300 min azərbaycanlının qayıdışı: İrəvan kuluarlarında nələr müzakirə edilir? - VİDEO

Azərbaycanın profilaktik peyvəndlər təqviminə əlavə edilən yeni vaksin məcburidir? - YENİLƏNİB + VİDEO

London derbisi: “Çelsi” “Tottenhem”dən üstün oldu - VİDEO

İtkin düşən 73 nəfərdən biri: Şahlar Ağayevin yaxınları danışdılar - VİDEO

UEFA-ya hər görüş üçün cəza ödəyən baş məşqçi ilə yolları ayırıb

Bütün xəbərlər