BAKU Azərbaycan
°C

Son günlər respublikada müşahidə olunan güclü yağışlar və daşqınlardan zərər çəkmiş sığortalı təsərrüfatlara kompensasiya veriləcək.

Gundem.az  xəbər verir ki, bu barədə Fonddan məlumat verilib.

Fond son günlər respublikada müşahidə olunan güclü yağışlar və daşqınlarla bağlı fermerlərə müraciət edərək, baş verən sığorta halları ilə barədə fonda məlumat verməyə çağırıb:

“İyunun son günlərində Azərbaycanın müxtəlif bölgələrində hava şəraitinin kəskin dəyişməsi, intensiv yağışlar çaylarda suyun artmasına və sel-daşqınlara səbəb olub. Eləcə də müxtəlif bölgələrdə çoxsaylı dolu halları qeydə alınıb. Rəsmi məlumatlara görə, iyun ayında ayrı-ayrı bölgələrdə ayın 11-24 günü yağış yağıb. Eləcə də ölkədə dolu yağması halları 2 dəfədən çox artıb – təkcə iyunda 38 dəfə dolu düşüb, ötən il bu göstərici 18 gün olmuşdu. İyunda 55 sel hadisəsi qeydə alınıb ki, bu da rekord göstəricidir.

“İyunun son günlərində xüsusilə İsmayıllı, Tərtər, Goranboy, Daşkəsən, Şamaxı, rayonlarında vətəndaşların əmlakına, həyətyanı sahələrə, əkin sahələrinə və təsərrüfatlara, xüsusilə də heyvandarlıq və arıçılıq təsərrüfatlarına zərər dəyib. Baş verən hadisələrlə bağlı Aqrar Sığorta Fondu bəyan edir ki, təbii fəlakətlər, dolu, leysan yağışları, sel-subasma kmi hadisələr aqrar sığorta tərəfindən qarşılanır. Bu hallar nəticəsində zərər çəkmiş sığortalı təsərrüfatlara kompensasiya ödəniləcək. Aqrar Sığorta Fondu sığortası olan fermer və təsərrüfat rəhbərlərini əkin sahələrinə və təsərrüfatlara baxış keçirməyə, dəymiş zərər barədə Fonda məlumat verməyə çağırır”.

Fond bildirib ki, müraciət qeydə alındıqdan sonra aqrar sığorta ekspertləri ərazilərə ezam olunacaq, dəyən zərəri qiymətləndirəcək və fond tərəfindən fermerlərə dəyən zərər kompensasiya olunacaq.

“Hazırda fondun mütəxəssisləri və aqrar sığorta ekspertləri ölkənin müxtəlif bölgələrinə ezam edilib və sığorta hadisələrini qeydə almaqla məşğuldurlar”.

Fond bir daha fermer və təsərrüfat rəhbərlərini öz təsərrüfatlarını risklərdən qorumaq üçün aqrar sığorta vasitəsilə sığortalanmağa çağırıb.

Xatırladaq ki, fermerlərə dəstək məqsədilə aqrar sığorta haqqının 50%-ni, yəni yarısını dövlət ödəyir. Başqa sözlə, fermerlər iki qat aşağı məbləğ ödəməklə öz təsərrüfatlarını və əkin sahələrini, yəni gəlirlərini çoxsaylı risklərdən qoruya bilərlər.

Son xəbərlər

"ABŞ Ukraynadakı vəziyyəti daim gərginləşdirir" - XİN rəsmisi

Sabah 21 dərəcə isti OLACAQ - PROQNOZ

Azərbaycanda taksilərdə minimal gedişhaqqı 4,5 manat olacaq - BU TARİXDƏN

Ağır qəzada həlak olan şəxs polis zabiti imiş - FOTO

Putin Si Cinpinlə GÖRÜŞDÜ: Müzakirə olunan məsələlər AÇIQLANDI

Badminton idman növü üzrə məktəbli oğlan və qızlar arasında yarış KEÇİRİLDİ - FOTO

Cinayət törətməkdə şübhəli bilinən 71 nəfər SAXLANILDI

Azərbaycanda tələbə faciəvi şəkildə ÖLDÜ - FOTO

Bakıda COP29-la bağlı konfrans BAŞLADI

Cinayət törətməkdə şübhəli bilinən 71 nəfər SAXLANILDI

Azərbaycanda tələbə faciəvi şəkildə ÖLDÜ - FOTO

Dilənçilik edən 342 uşaq aşkarlandı, 345 valideyn cəzalandırıldı

Hacıqabulda ağır qəza - Ölən və yaralanan var

Azərbaycanda taksidən istifadə edənlərin sayı ARTIB

Aleksandr Lukaşenko Bakıda şəhidlərin xatirəsini ANDI

Mətanət İsgəndərliyə AĞIR İTKİ

Bu şəxsin həyatından film çəkmək istəyirəm - Mahsun Kırmızıgül

Valiyə Şuşa ilə bağlı hədiyə təqdim olundu - FOTOLAR

Bakı-İrəvan arasında RAZILAŞMA: Hansı üstünlüklər var? - AÇIQLAMA 

Azərbaycan və Ermənistan parlament sədrləri arasında görüş OLDU

Bütün xəbərlər